Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri kommunal xidmətlər

: Məsrəflərin  strukturu, faizlə
Məsrəflərin strukturu, faizlə

İlkin hesablamalara görə 2018-ci ilin yanvar-iyun ayları ərzində şəhərdə büdcədən maliyyələşdirilən istehlakçılar tərəfindən natura ifadəsində 3411,2 min kVt.saat elektrik enerjisi, 1193,5 Qkalori istilik enerjisi, 456,1 min kub m. təbii qaz, 93,5 min kub m. sudan istifadə edilmişdir ki, bu da 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə natura ifadəsində istifadə edilən suyun istehlakının 15,4 faiz azalması, elektrik enerjisinin 7,1 faiz, istilik enerjisinin 32,3 faiz, təbii qazın isə 21,3 faiz artması deməkdir. İstehlak edilən 23,5 min manatlıq rabitə xidmətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 min manat və ya       16,7 faiz azalmışdır.

Cəmi məsrəflərin ümumi məbləğinin 56,3 faizini elektrik enerjisi, 5,5 faizini istilik enerjisi, 16,7 faizini təbii qaz, 17,2 faizini su və 4,3 faizini rabitə xidmətləri təşkil etmişdir.

2018-ci ilin yanvar-iyun aylarında şəhərin büdcə təşkilatları tərəfindən istehlak edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri        2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 4,2 faiz və ya 21,9 min manat artaraq       545,0 min manat təşkil etmişdir.

Büdcə təşkilatları 2018-ci ilin yanvar-iyun aylarında istifadə etdikləri bütün ehtiyatların dəyərinin 538,3 min manatını və ya 98,8 faizini ödəmişlər.

 

 

Cəmi istehlak edilmişdir, naturada

2018-ci ilin yanvar-iyun ayları

2017-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə

2018-ci ilin yanvar-iyun aylarında

2017-ci ilin yanvar-iyun aylarında

Elektrik enerjisi, min kvt.saat

3411,2

3184,8

107,1

İstilik enerjisi, Qkalori

1193,5

901,8

132,3

Təbii qaz, min kub metr

456,1

375,9

121,3

Suyun istehlakı, min kub metr

93,5

110,5

84,6

 

 

Diaqramdan göründüyü kimi, 2018-ci ilin yanvar-iyun aylarında istehlak edilmiş elektrik enerjisinin 98,5 faizi, istilik enerjisinin 95,6 faizi, təbii qazın 99,9 faizi, suyun         99,9 faizi və rabitə xidmətlərinin dəyərinin 97,5 faizi ödənilmişdir.

Limitə görə istehlak isə cədvəldəki kimi xarakterizə olmuşdur.

 

 

2018-ci ilin yanvar-iyun ayları,

min manatla

Limitə nisbətən

faktiki dəyər ifadəsi,

%-lə

Limit

Dəyər ifadəsi

Elektrik enerjisi

296,7

307,0

96,6

Istilik enerjisi

33,9

29,8

113,8

Təbii qaz

94,2

91,2

103,3

Suyun istehlakı

117,6

93,5

125,8

Rabitə xidməti

29,3

23,5

124,7

 

Cədvəldən göründüyü kimi 2018-ci ilin yanvar-iyun aylarında 3,4 faiz və ya  10,3 min manat elektrik enerjisindən az, 13,8 faiz və ya 4,1 min manat istilik enerjisindən, 3,3 faiz və ya 3,0 min manat təbii qazdan, 25,8 faiz və ya 24,1 min manat sudan, 24,7 faiz və ya        5,8 min manat rabitə xidmətlərindən müəyyən edilmiş limitdən çoxdur istifadə olunmuşdur.

Məqalə Qiyməti