2018-ci ilin ilk altı ayı ərzində Mingəçevirdə İstehlak bazarının əsas göstəriciləri

: 2018-ci ilin yanvar-iyun aylarında istehlak bazarının strukturu
2018-ci ilin yanvar-iyun aylarında istehlak bazarının strukturu

2018-ci ilin yanvar-iyun ayları ərzində şəhərin istehlak bazarında əhaliyə cəmi 207726,2 min manatlıq istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir. Hesabat dövründə pərakəndə ticarət dövriyyəsinin həcmi 173283,5 min manat, ictimai iaşə xidmətlərin həcmi 3831,2 min manat, əhaliyə ödənişli xidmətlərin həcmi isə 30611,5 min manat olmuşdur.

Hesabat dövründə cəmi pərakəndə ticarət dövriyyəsinin 5,3 faizi əsas fəaliyyəti ticarət olan hüquqi şəxslərin payına düşmüşdür. Əvvəlki ilin müvafiq dövrünə nisbətən bu müəssisələr üzrə satışın real həcmi 1,9 dəfə və ya 4418,0 min manat artmışdır. Hüquqi şəxslər üzrə cəmi pərakəndə ticarət dövriyyəsinin 15,8 faizi kiçik müəssisələrin hesabına formalaşmışdır. 

Məhsul bazarı 

2018-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkələrində cəmi istehlak malları satışının 49,3 faizi və ya 85356,0 min manatı ərzaq malları, 50,7 faizi və ya    87927,5 min manatı isə qeyri ərzaq mallarının payına düşmüşdür.

Cari ilin yanvar-iyun ayları ərzində əsas fəaliyyəti pərakəndə ticarət olan şəbəkələrdən 9207,7 min manatlıq əmtəə satılmışdır ki, bu da keçən ilin müvafiq dövründən 4418,0 min manat və ya 1,9 dəfə çoxdur. Digər sahələr (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) üzrə satışın məbləği 661,3 min manat təşkil etmişdir ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 dəfə və ya 323,2 min manat çoxdur. Bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslər tərəfindən satılmış malların məbləği      33249,9 min manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 17,2 faiz və ya 4888,9 min manat, hüquqi şəxs yaratmadan digər fiziki şəxslər tərəfindən satılmış malların məbləği isə 130164,6 min manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 0,2 faiz və ya 288,6 min manat çoxdur.

Hesabat dövründə  pərakəndə ticarət şəbəkələrində cəmi istehlak mallarının satışının 5,31 faizi ticarət təşkilatlarının, 19,19 faizi bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin, 75,12 faizi digər fiziki şəxslərin və 0,38 faizi isə digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) payına düşmüşdür.

2018-ci ilin yanvar-iyun aylarında şəhər üzrə cəmi pərakəndə ticarət dövriyyəsinin 0,04 faizi dövlət və 99,96 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşmüşdür. 

İctimai iaşə xidmətləri 

2018-ci ilin yanvar-iyun aylarında şəhərin istehlak bazarında cəmi istehlak mallarının satışının ümumi həcmində əhaliyə göstərilən ictimai iaşə xidmətlərinin həcmi 3831,2 min manat, xüsusi çəkisi isə 1,84 faiz təşkil etmişdir.

2018-ci ilin yanvar-iyun ayları ərzində  şəhər üzrə fiziki şəxslər də daxil olmaqla əhaliyə 3831,2 min manatlıq ictimai iaşə xidməti göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 175,3 min manat və ya 4,8 faiz çoxdur.

Hüquqi şəxslər üzrə ictimai iaşə xidmətlərinin dövriyyəsi 98,4 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz və ya 3,5 min manat çoxdur.

Hüquqi şəxslər üzrə ictimai iaşə xidmətləri dövriyyəsinin 70,1 min manatı və ya      71,2 faizi dövlət mülkiyyətli müəssisələrin hesabınadır.

2018-ci ilin yanvar-iyun ayları ərzində ictimai iaşə xidmətləri dövriyyəsinin həcmində fiziki şəxslərin xüsusi çəkisi 97,43 faiz, digər sahələrin “İri və orta müəssisələri”nin xüsusi çəkisi 1,81 faiz, “Kiçik müəssisələri”nin xüsusi çəkisi isə   0,76 faiz təşkil etmişdir ki, bu da digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “Kiçik müəssisələr”inin hesabınadır. 

Əhaliyə göstərilən ödənişli xidmətlər 

2018-ci ilin yanvar-iyun aylarında şəhərin istehlak bazarında cəmi istehlak mallarının satışının ümumi həcmində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi  30611,5 min manat, xüsusi çəkisi isə 14,74 faiz təşkil etmişdir.

Şəhər əhalisinə 2018-ci ilin yanvar-iyun ayları ərzində 30611,5 min manatlıq ödənişli xidmətlər göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1074,5 min manat və ya 3,6 faiz çoxdur. Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətin 4552,2 min manatı və ya 14,9 faizini məişət xidmətləri təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 140,2 min manat və ya 3,2 faiz çoxdur.

 

Cari ilin yanvar-iyun aylarında göstərilmiş ödənişli xidmətlərin 25,9 faizi hüquqi şəxslərin hesabına formalaşmışdır.

 

 

Məqalə Qiyməti