2018-ci ilin ilk altı ayı ərzində Mingəçevirdə nəqliyyat, informasiya və rabitənin əsas göstəriciləri

: Rabitə xidmətlərindən əldə edilən gəlirlərin mülkiyyət formalarına görə xüsusi çəkisi
Rabitə xidmətlərindən əldə edilən gəlirlərin mülkiyyət formalarına görə xüsusi çəkisi

Nəqliyyat

Şəhərdə hava və su nəqliyyatı olmadığından əsasən avtomobil nəqliyyatından istifadə olunur.

Şəhərin nəqliyyat müəssisə və təşkilatlarında (fiziki şəxslər də daxil edilməklə)   2018-ci ilin yanvar-iyun aylarında göstərilmiş xidmətlərin və istehsal edilmiş malların faktiki qiymətlərlə ümumi həcmi 2399,3 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 48,3 min manat və ya 2,1 faiz artmışdır. Hesabat dövründə göstərilmiş xidmətlərin və istehsal edilmiş malların faktiki qiymətlərlə ümumi həcminin 2360,0 min manatı və ya 98,4 faizi nəqliyyat müəssisə və təşkilatlarının (fiziki şəxslər də daxil edilməklə) əsas fəaliyyətindən yaranmışdır.

Cari ilin yanvar-iyun aylarında şəhərdə avtomobil nəqliyyatı vasitələri ilə fiziki şəxslər də daxil olmaqla cəmi 389,4 min ton yük daşınmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,4 min ton və ya 5,0 faiz artmışdır. Hesabat dövründə avtomobillərin yük dövriyyəsi 46100,5 min ton km. olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2505,8 min ton km. və ya 5,4 faiz azalmışdır.

2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2018-ci ilin yanvar-iyun aylarında daşınmış sərnişinlərin sayı 504,7 min nəfər və ya 3,2 faiz artaraq 16420,4 min nəfər olmuşdur. Sərnişin dövriyyəsi isə müvafiq olaraq bu ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6072,2 min sərnişin km. və ya 3,8 faiz artaraq 167569,5 min sərnişin km. təşkil etmişdir. 

İnformasiya və rabitə 

2018-ci ilin yanvar-iyun aylarında şəhərin rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, eləcə də əhaliyə faktiki qiymətlərlə 595,3 min manat həcmində rabitə xidmətləri göstərilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 50,4 min manat və ya 7,8 faiz az rabitə xidmətləri göstərilmişdir. Rabitə xidmətlərindən əldə edilən gəlirlərin 98,3 faizi dövlət sektorunun fəaliyyəti nəticəsində yaranmışdır.

Cari ilin yanvar-iyun aylarında əhaliyə faktiki qiymətlərlə göstərilmiş rabitə xidmətləri, əlavə dəyər vergisi ilə birlikdə 495,1 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 37,5 min manat və ya 7,0 faiz azdır.

Məqalə Qiyməti