2018-ci ilin ilk altı ayı ərzində Mingəçevirdə tikintinin əsas göstəriciləri

: 2018-ci ilin yanvar-iyun aylarında yerinə yetirilmiş ümumi tikinti işlərinin strukturu, faizlə
2018-ci ilin yanvar-iyun aylarında yerinə yetirilmiş ümumi tikinti işlərinin strukturu, faizlə

2018-ci ilin yanvar-iyun aylarında kiçik sahibkarlıq subyektləri də nəzərə alınmaqla fəaliyyət göstərən podratçı təşkilatlar tərəfindən yerinə yetirilmiş işlərin dəyəri 17553,6 min manat olmuşdur ki, bu da 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 12900,9 min manat və ya 3,8 dəfə çoxdur. 2018-ci ilin yanvar-iyun aylarında cəmi yerinə yetirilmiş tikinti işlərinin 10,2 faizi və ya 1782,0 min manatı dövlət mülkiyyətində, 89,8 faizi və ya 15771,6 min manatı isə qeyri-dövlət mülkiyyətində olan təşkilatlar tərəfindən yerinə yetirilmişdir. 2018-ci ilin yanvar-iyun aylarında yerinə yetirilmiş ümumi tikinti işlərinin 13773,9 min manatı və ya    78,5 faizi tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilmə, 1554,8 min manatı və ya 8,9 faizi əsaslı təmir işləri, 2093,9 min manatı və ya  11,9 faizi cari təmir işləri və 131,0 min manatı və ya 0,7 faizi sair işlərdir.

2018-ci ilin yanvar-iyun aylarında tikinti təşkilatlarında 353 nəfər məşğul olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34 nəfər və ya 8,8 faiz azdır. 2018-ci ilin yanvar-iyun aylarında tikinti təşkilatlarında siyahı tərkibində olan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cəmi 15,9 faiz və ya 40,8 manat artaraq 296,8 manat olmuşdur. Hesabat dövrü ərzində tikinti təşkilatlarında çalışan işçilərdən 45 nəfəri qadındır ki, onların da orta aylıq nominal əmək haqqı 241,8 manat olmuşdur.

2018-ci ilin yanvar-iyun aylarında tikinti təşkilatlarının dövlət sektorunda 167 nəfər məşğul olmuşdur ki, bu da 2017-cı ilin yanvar-iyun ayları ilə müqayisədə 15 nəfər və ya             9,8 faiz çoxdur. 2018-ci ilin yanvar-iyun aylarında tikinti təşkilatlarının dövlət sektorunda çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cəmi 21,3 faiz və ya 60,4 manat artaraq 344,3 manat olmuşdur.

Məqalə Qiyməti