2018-ci ilin yanvar-iyun aylarında Mingəçevirdə sənayenin vəziyyəti

: Emal sənayesində ayrı-ayrı sahələrin xüsusi çəkisi, %-lə
Emal sənayesində ayrı-ayrı sahələrin xüsusi çəkisi, %-lə

Mingəçevir şəhəri respublikanın istər əhalisinin sayına, istərsə də iqtisadi potensialına görə dördüncü şəhəri olmaqla bərabər, həm də əsas sənaye mərkəzlərindən biridir.

Mingəçevir şəhərinin sənayesinin əsasını elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, qida məhsullarının istehsalı, rezin və plastik kütlə məmulatlarının istehsalı, maşın və avadanlıqların istehsalı sahələri təşkil edir.

2018-ci ilin yanvar-iyun aylarında şəhərdə təşkilati hüquqi formasından asılı olmayaraq sənaye müəssisələri tərəfindən istehsal edilmiş məhsulların (natural ifadəsində) həcmi keçən ilin müvafiq dövrünə nisbətən fiziki həcm indekslərinin hesablanması yolu ilə alınmış ümumi indeksi tətbiq edildikdən sonra artım tempi 90,9 faiz təşkil etmişdir. Cari ilin yanvar-iyun aylarında sənaye müəssisələrində fəaliyyətdə olan topdansatış qiymətlərində    139691,4 min manatlıq məhsul istehsal edilmişdir. 2018-ci ilin yanvar-iyun aylarında istehsalın 135462,8  min manatı və ya 97,0 faizi dövlət sektoru müəssisələrinin payına düşmüşdür.

min manatla

 

 

Faktiki qiymətlərlə malların istehsalı və xidmətlərin göstərilməsi

2018-ci ilin       yanvar-iyun aylarında

cəmi

yüklənmiş malların

həcmi

2018-ci ilin     01 iyul vəziyyətinə hazır məhsulun qalıqları

2018-ci ilin yanvar-iyun aylarında

2017-ci ilin    yanvar-iyun aylarına nisbətən, %-lə

Mədənçıxarma sənayesi

181,0

112,3

181,0

0,0

Emal sənayesi

4045,7

89,9

4025,1

1178,6

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

133263,0

89,0

133263,0

0,0

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

2201,7

104,2

2201,7

0,0

2018-ci ilin yanvar-iyun aylarında şəhərdə istehsal edilmiş sənaye məhsulunun 131538,8 min manatı və ya 94,2 faizi elektroenergetikanın payına düşmüşdür. Belə ki, hesabat dövründə 3445,1 milyon kVt. saat elektrik enerjisi istehsal edilmişdir ki, bu da  2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 14,5 faiz və ya 586,4 milyon kVt. saat azdır.

Cari ilin yanvar-iyun aylarında şəhərdə 2,0 min Qkal istilik enerjisi istehsal edilmişdir ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,0 faiz və ya 0,3 min Qkal azdır.

Sifarişçilərə 2018-ci ilin yanvar-iyun aylarında sənaye müəssisələrinin özünün istehsalı olan və əvvəlki illərin hazır məhsullarının qalıqları da daxil olmaqla 139670,8 min manatlıq  məhsul göndərilmişdir.

2018-ci il iyul ayının 1-i vəziyyətinə təşkilati hüquqi formasından asılı olmayaraq  sənaye müəssisələrinin anbarlarında 1178,6 min manatlıq məhsulların qalığı mövcud olmuşdur ki, bu da 2017-ci ilin iyul ayının 1-i vəziyyəti ilə müqayisədə 1,9 faiz və ya 23,3 min manat azdır. Hazır məhsul qalığının hamısı emal sənayesinin müəssisələrində olmuşdur.

2018-ci ilin yanvar-iyun aylarında sənaye müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı 3286 nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə  77 nəfər və ya 2,3 faiz azdır. 2018-ci ilin yanvar-iyun aylarında sənaye müəssisələrində siyahı tərkibində olan işçilərin 1821 nəfəri və ya 55,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 36 nəfəri və ya 1,1 faizi mədənçıxarma sənayesində, 610 nəfəri və ya 18,6 faizi emal sənayesində, 819 nəfəri 24,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində,  mövcud olmuşdur.

2018-ci ilin yanvar-iyun aylarında sənaye müəssisələrində işləyən muzdlu işçilərə cəmi 6325,8 min manat əmək haqqı hesablanmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,0 faiz və ya 358,1 min manat çoxdur. Hesablanmış cəmi əmək haqqının               89,4 faizi və ya 5657,3 min manatı dövlət sektorunda işləyən işçilərin, 10,6 faizi və ya               664,5 min manatı isə qeyri-dövlət sektorunda işləyən işçilərin payına düşmüşdür. Hesablanmış cəmi əmək haqqının 73,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində mövcud olmuşdur. Şəhərin sənaye müəssisələrində cari ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı                      339,6 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 5,0 faiz və ya 16,2 manat çoxdur. Cari ilin yanvar-iyun aylarında dövlət sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 358,0 manat, qeyri-dövlət sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqı isə 236,6 manat olmuşdur. Ən yüksək orta aylıq nominal əmək haqqı (425,6 manat) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində mövcud olmuşdur.

Məqalə Qiyməti