2018-ci il iyul ayının 1-i vəziyyətinə Mingəçevirdə demoqrafik vəziyyət

2018-ci il iyul ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Əhali statistikası şöbəsinin ilkin məlumatlarına əsasən şəhərin daimi əhalisinin sayı (məcburi köçkünlər istisna olmaqla) 104913 nəfər olmuşdur. 2018-ci ilin yanvar-iyun aylarında əhalinin ümumi artımı 350 nəfər olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 12 nəfər və ya 3,3 faiz azdır.

2018-ci ilin 01 iyul vəziyyətinə şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin sayı 20342 nəfər olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 75 nəfər və ya 0,4 faiz azdır.

2018-ci ilin yanvar-iyun aylarında şəhərdə 558 uşaq diri doğrulmuşdur ki, bu da əhalinin hər 1000 nəfərinə düşən ümumi əmsal 5,3 olmuşdur. 2018-ci ilin yanvar-iyun aylarında 285 ölüm halı qeydə alınmışdır ki, bu da əhalinin hər 1000 nəfərinə düşən ümumi əmsal 2,7 olmuşdur. 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin müvafiq dövründə diri doğrulanların sayı 10,5 faiz və ya 53 nəfər, ölənlərin sayı isə  4,0 faiz və ya 11 nəfər artmışdır. 

 

2018-ci ilin yanvar-iyun ayları ərzində

2017-ci ilin yanvar-iyun ayları ərzində

artma (+), azalma (-)

%-lə

Doğulanlar

(ölü doğulanlardan başqa)

558

505

53

110,5

Ölənlər

285

274

11

104,0

  o cümlədən: 1 yaşa qədər uşaqlar

1

4

-3

25,0

Əhalinin təbii artımı

273

231

42

118,2

 2018-ci ilin yanvar-iyun aylarında şəhərdə 255 nikah və 116 boşanma halı qeydə alınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 17,0 faiz və ya       37 nikah, boşanmaların sayı isə 16,0 faiz və ya 16 boşanma artmışdır. 2018-ci ilin yanvar-iyun aylarında əhalinin hər 1000 nəfərinə düşən ümumi əmsal müvafiq olaraq nikah üzrə  2,4 və boşanma üzrə isə 1,1 olmuşdur. 

 

2018-ci ilin yanvar-iyun ayları ərzində

2017-ci ilin yanvar-iyun ayları ərzində

artma (+), azalma (-)

%-lə

Nikahlar

255

218

37

117,0

Boşanmalar

116

100

16

116,0

 2018-ci ilin yanvar-iyun aylarında şəhərə 160 nəfər gəlmiş, 83 nəfər isə şəhərdən getmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə gələnlərin sayı 31,6 faiz və ya 74 nəfər, gedənlərin sayı isə 19,4 faiz və ya 20 nəfər azalmışdır.

Məqalə Qiyməti