2017-ci ildə Mingəçevir şəhərində ətraf mühitin vəziyyəti

: Stasionar mənbələrdən atmosferə atılan bərk, qazaoxşar və maye maddələrin xüsusi çəkisi
Stasionar mənbələrdən atmosferə atılan bərk, qazaoxşar və maye maddələrin xüsusi çəkisi

ATMOSFER HAVASININ MÜHAFİZƏSİ

 2017-ci ildə şəhər üzrə atmosferə atılan çirkləndirici maddələrin miqdarı 2016-cı il ilə müqayisədə 918,2  ton və ya 2,9 faiz azalaraq 30429,9 ton olmuşdur. Atmosferə atılan çirkləndirici maddələrin 6559,9 tonu və ya 21,6 faizi stasionar mənbələrdən, 23870,0 tonu və ya 78,4 faizi isə avtomobil nəqliyyatından olmuşdur.

2017-ci ildə atmosfer havasının mühafizəsi

 

Atmosferə atılan çirkləndirici maddələr

Hesabat ilində çirkləndirici maddələrin əvvəlki illə müqayisəsi

2017-ci ildə

2016-cı ildə

artmışdır (+), azalmışdır (-)

%-lə

Şəhər üzrə - cəmi, ton

30429,9

31348,1

-918,2

97,1

o cümlədən:

 

 

 

 

stasionar mənbələrdən

6559,9

9448,1

-2888,2

69,4

avtomobil nəqliyyatından

23870,0

21900,0

1970,0

109,0

 2017-ci ildə şəhərdə atmosferə atılan cəmi zərərli maddələrin 1,2 faizi və ya   359,1 tonu bərk maddələr, 98,8 faizi və ya 30070,8 tonu isə qazaoxşar və maye halında olan maddələr olmuşdur. Qazaoxşar və maye halında olan maddələrin 13,9 faizini və ya 4173,9 tonunu kükürd anhidridi, 75,9 faizini və ya 22818,8 tonunu karbon-oksidləri,        9,0 faizini və ya 2709,0 tonunu azot-oksidləri, 1,2 faizini və ya 369,1 tonunu karbohidrogenlər təşkil etmişdir.

2017-ci ildə şəhərdə atmosferə atılan çirkləndirici maddələrin həcminin əvvəlki illə müqayisəsi

 

2017-ci ildə

2016-cı ildə

2017-ci ilin əvvəlki ilə nisbəti, faizlə

Şəhər üzrə - cəmi, ton

30429,9

31348,1

97,1

o cümlədən:

 

 

 

bərk

359,1

827,5

43,4

ondan:

 

 

 

his və qurum

260,0

320,0

81,3

davamı......

 

 

2017-ci ildə

2016-cı ildə

2017-ci ilin əvvəlki ilə nisbəti, faizlə

qazşəkilli və maye

30070,8

30520,6

98,5

onlardan:

 

 

 

kükürd-anhidridi

4173,9

7114,2

58,7

karbon-oksidləri

22818,8

14556,1

156,8

azot-oksidləri

2709,0

6477,6

41,8

karbohidrogenlər

369,1

2372,7

15,6

uçucu üzvi birləşmələr

0,000

0,000

0,0

sair qazşəkilli və mayelər

0,000

0,000

0,0

 2017-ci ildə Mingəçevirdə atmosferə çirkləndirici maddələr tullayan stasionar mənbələrin sayı 7 olmuşdur. Hesabat ili ərzində 57 çirkləndirici tullantı mənbəyi mövcud olmuşdur ki, onlardan da 87,7 faizi və ya 50-si mütəşəkkil mənbələrdir.

Şəhərin müəssisə və təşkilatları tərəfindən hesabat ilində atmosferə atılan çirkləndirici maddələrin miqdarı 2016-cı ilin yekunları ilə müqayisədə 2888,2 ton və ya  30,6 faiz azalaraq 6559,9 ton olmuşdur.

Atmosferin çirklənməsi onun tərkibində olan tozun, kükürd anhidridinin, karbon və azot oksidlərinin və spesifik qarışıqların miqdarı ilə müəyyən edilir. 2017-ci ildə şəhərdə fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən atmosferə atılan cəmi zərərli maddələrin 1,5 faizi və ya 99,1 tonu bərk maddələr, 98,5 faizi və ya 6460,8 tonu isə qazaoxşar və maye halında olan maddələr olmuşdur. Qazaoxşar və maye halında olan maddələrin 64,6 faizi və ya 4173,9 tonu kükürd anhidridi, 1,1 faizi və ya 68,8 tonu karbon 2-oksidi, 34,0 faizi və ya 2199,0 tonu azot 4-oksidi, 0,3 faizi və ya 19,1 tonu karbohidrogenlər təşkil etmişdir.

Bütün stasionar mənbələrdən 2017-ci il ərzində ayrılan çirkləndirici maddələrin hamısı təmizlənmədən atmosferə atılmışdır. Təmizlənmədən atılmış çirkləndirici maddələrin tam əksəriyyəti mütəşəkkil mənbələrdən atılmışdır. Stasionar mənbələrdən tutulan və zərərsizləşdirilən maddələr olmamışdır.

Şəhərin təbiəti mühafizə orqanları tərəfindən hər bir sənaye müəssisəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə işlər aparılır.

2017-ci ildə şəhər üzrə atmosfer havasına avtomobil nəqliyyatından atılmış çirkləndirici maddələrin miqdarı 23870,0 ton olmuşdur ki, bu da 2016-cı il ilə müqayisədə 1970,0 ton və ya 9,0 faiz çoxdur.

Hesabat ilində şəhər üzrə atmosfer havasına avtomobil nəqliyyatından atılmış çirkləndirici maddələrin 95,3 faizini və ya 22750,0 tonunu karbon oksidləri, 2,1 faizini və ya 510,0 tonunu azot-oksidləri, 1,5 faizini və ya 350,0 tonunu karbohidrogenlər, 1,1 faizini və ya 260,0 tonunu his və qurum təşkil etmişdir.

 SUDAN İSTİFADƏ

 2017-ci ildə şəhərdə təbii su mənbələrindən 2325,9 milyon kub metr su götürülmüşdür ki, bu da əvvəlki illə müqayisədə 9,3 milyon kub metr və ya 0,4 faiz çoxdur. Həmin suyun hamısı yerüstü mənbələrdən götürülmüşdür.

Hesabat ilində şəhərdə su sərfi 1001,8 milyon kub metr olmuşdur ki, bu da təbii mənbələrdən götürülən suyun 43,1 faizini təşkil edir. 2016-cı illə müqayisədə su sərfi  167,2 milyon kub metr və ya 20,0 faiz çoxdur. Məişət-içməli məqsədlərə 5,4 milyon kub metr, istehsalata isə 995,8 milyon kub metr su ötürülmüşdür ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq məişət-içməli məqsədlərə 1,3 milyon kub metr və ya 19,4 faiz az, istehsalata isə 169,6 milyon kub metr və ya 20,5 faiz çox sudan istifadə edilmişdir.

İl ərzində suvarmaya 0,6 milyon kub metr su sərf olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 1,2 milyon kub metr və ya 66,7 dəfə az olmuşdur.

Hesabat ilində şəhərdə suyun nəqli zamanı 557,0 milyon kub metr itkiyə yol verilmişdir ki, bu da əvvəlki illə müqayisədə 31,0 milyon kub metr və ya 5,9 faiz çoxdur.

Təbiətdən istifadənin iqtisadi tənzimlənməsi sisteminin əsas elementi ətraf mühitin çirklənməsinə görə müəssisə və təşkilatlar tərəfindən ödənilən vəsaitin əsasında ekoloji fondun yaradılmasıdır.

2017-ci ildə atmosfer havasının mühafizəsi və su istehlakı

 

2017-ci ildə

2016-cı ildə

2017-ci ilin əvvəlki ilə nisbətən, faizlə

 

Atmosfer havasına atılmış çirkləndirici maddələr – cəmi, ton

30429,9

31348,1

97,1

o cümlədən:

 

 

 

stasionar mənbələrdən

6559,9

9448,1

69,4

avtomobil nəqliyyatından

23870,0

21900,0

109,0

Su istehlakı – cəmi, milyon kub m.

1001,8

834,7

120,0

ondan istifadə olunmuşdur:

 

 

 

təsərrüfat-məişət məqsədlərə

5,4

6,7

80,6

istehsalata

995,8

826,2

120,5

suvarmaya

0,6

1,8

33,3

 

Məqalə Qiyməti