2018-ci ilin birinci rübündə sənayenin əsas göstəriciləri

: Fəaliyyət göstərən sənaye (hüquqi şəxs) müəssisələrinin strukturu, faizlə
Fəaliyyət göstərən sənaye (hüquqi şəxs) müəssisələrinin strukturu, faizlə

Azərbaycan Respublikası regionlarının inkişaf etdirilməsi ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkədə iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda sosial infrastrukturun və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan vermişdir.

Mingəçevir respublikanın istər əhalisinin sayına, istər iqtisadi potensialına görə dördüncü şəhəri olmaqla bərabər, həm də əsas sənaye mərkəzlərindən biridir. Digər regionlarla müqayisədə Mingəçevir şəhərində sənaye məhsulunun çeşidi daha çoxdur. Mingəçevir şəhərinin sənayesinin əsasını elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, qida məhsullarının istehsalı, rezin və plastik kütlə məmulatlarının istehsalı, maşın və avadanlıqların istehsalı sahələri təşkil edir.

 Mingəçevir şəhərində sahibkarlığın inkişaf etdirilməsi, azad rəqabət mühitinin formalaşması fəaliyyətdə olan təsərrüfat subyektlərinin sayının və tərkibinin dəyişməsinə öz təsirini göstərmişdir. Şəhərdə bir çox yeni müəssisə və təşkilatlar yaranmış, rəqabətə davam gətirə bilməyən təsərrüfat subyektlərinin müəyyən hissəsi ləğv edilmiş, digər hissəsi isə öz fəaliyyət istiqamətlərini dəyişdirmişdir. “Statistik vahidlərin Dövlət reyestri” üzrə 01 aprel 2018-ci il tarixinə şəhərdə əsas fəaliyyət növü sənaye olan hüquqi şəxslərin sayı                93 olmuşdur ki, onlardan 36-sı 2018-ci ilin birinci rübündə fəaliyyət göstərmişdir.

Əsas fəaliyyəti sənaye olan 36 müəssisənin işçilərinin sayına və gəlirlərinin həcminə görə 13-ü və ya 36,1 faizi iri və orta sahibkarlıq subyekti, 23-si və ya 63,9 faizi isə kiçik sahibkarlıq subyekti sayılır.

2018-ci ilin yanvar-mart aylarında şəhərdə təşkilati hüquqi formasından asılı olmayaraq sənaye müəssisələri tərəfindən istehsal olunmuş məhsulların (natural ifadəsində) həcmi 2017-ci ilin müvafiq dövrünə nisbətən fiziki həcm indeksi tətbiq edildikdən sonra artım tempi 95,3 faiz təşkil etmişdir. 2018-ci ilin yanvar-mart aylarında kiçik sahibkarlıq subyektləri də nəzərə alınmaqla şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən fəaliyyətdə olan topdansatış qiymətlərində 76672,4 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. 2018-ci ilin yanvar-mart aylarında dövlət sektorunda istehsalın həcmi sənaye məhsulunun 97,5 faizini, qeyri-dövlət sektorunda isə istehsalın həcmi sənaye məhsulunun 2,5 faizini təşkil etmişdir. Ümumi sənaye istehsalının 96,4 faizi malların (əmtəələrin) istehsalı, 3,6 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. 2018-ci ilin yanvar-mart aylarında şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən istehsal edilmiş sənaye məhsulun həcmi respublika üzrə istehsal edilmiş sənaye məhsulun həcminin 0,7 faizini təşkil edir.

Hesabat dövründə istehsal edilmiş sənaye məhsulunun 96,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 2,4 faizi emal bölməsinin,   1,4 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin, 0,1 faizi mədənçıxarma bölməsinin payına düşür.

İstehlakçılara əvvəlki illərin hazır məhsul ehtiyatlarının qalıqları da daxil olmaqla 82433,8 min manatlıq məhsul göndərilmiş, müəssisələrin anbarlarında 1157,6 min manatlıq hazır məhsul ehtiyatı qalmışdır ki, bu da 2018-ci ilin yanvar ayının 1-i vəziyyəti ilə müqayisədə 0,04 faiz və ya 0,4 min manat azdır. İstehlakçılara göndərilmiş sənaye məhsulunun 202,1 min manatını və ya 0,3 faizini ixrac olunmuş mallar təşkil etmişdır.

Şəhər sənayesinin strukturunda elektrik enerjisinin istehsalı aparıcı rol oynayır. 2018-ci ilin yanvar-mart aylarında istehsalın həcmi sənayenin ümumi məhsulunun           96,1 faizini təşkil etmiş elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 73710,1 min manatlıq məhsul istehsal olunmuşdur. 2018-ci ilin yanvar-mart aylarında ölkədə istehsal olunan  elektrik enerjisinin (əmtəəlik) 32,6 faizi və ya             1922,4 milyon kvt.saatı Mingəçevirdə fəaliyyət göstərən müəssisələr tərəfindən hasil edilmişdir ki, bunun da 96,1 faizi istilik elektrik stansiyasının, 3,9 faizi su elektrik stansiyasının payına düşür. Şəhər üzrə istehsal olunmuş elektrik enerjisinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,93 faiz və ya 121,4 milyon kvt. saat az olmuşdur.      2018-ci ilin yanvar-mart aylarında 1,1 min Qkal istilik enerjisi istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz və ya 0,1 min Qkal az olmuşdur.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-mart aylarında mədənçıxarma bölməsində 39,2 faizlik, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 4,6 faizlik artım, emal bölməsində 39,1 faizlik, sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində isə 12,5 faizlik azalma  müşahidə olunmuşdur. 

2018-ci ilin yanvar-mart aylarında istehsalın həcmi sənayenin ümumi məhsulunun 2,4 faizini təşkil etmiş emal sənayesi müəssisələri tərəfindən 1820,7 min manatlıq məhsul istehsal olunmuşdur. Emal bölməsində dəri və dəridən məmulatların, hazır metal məmulatlarının, kompyuter, elektron və optik məhsulların, poliqrafiya məhsullarının, tikinti materiallarının və elektrik avadanlıqlarının istehsalında artım müşahidə edilmişdir. Bundan başqa qida məhsullarının, geyim, maşın və avadanlıqların və rezin və plastik kütlə məmulatlarının istehsalında  isə azalma  müşahidə edilmişdir.

Emal sənayesində ayrı-ayrı sahələr üzrə məhsul istehsalının xüsusi çəkisini aşağıdakı diaqramdan görmək olar.   

Emal sənayesində maşın və avadanlıqların istehsalının xüsusi çəkisi 10,3 faiz, qida məhsullarının istehsalının xüsusi çəkisi 11,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalının xüsusi çəkisi 7,3 faiz, tikinti materiallarının istehsalının xüsusi çəkisi 21,2 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalının xüsusi çəkisi 11,2 faiz, kompyuter, elektron və optik məhsulların istehsalının xüsusi çəkisi 4,8 faiz,  geyim istehsalının xüsusi çəkisi 2,2 faiz, elektrik avadanlıqlarının istehsalının xüsusi çəkisi 27,7 faiz, poliqrafiya məhsullarının istehsalının xüsusi çəkisi 1,5 faiz, hazır metal məmulatlarının istehsalının xüsusi çəkisi 1,6 faiz, sair məhsulların istehsalının xüsusi çəkisi 0,3 faiz təşkil etmişdir.

2018-ci ilin yanvar-mart aylarında cəmi istehsal edilmiş məhsulun 98,5 faizi iri və orta sənaye müəssisələrinin, 1,5 faizi isə kiçik sahibkarlıq subyektləri sayılan sənaye müəssisələrinin payına düşür. 2018-ci ilin yanvar-mart aylarında iri və orta sənaye müəssisələri tərəfindən istehsal edilmiş məhsulun həcmi 75524,0 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 13,9 faiz və ya 12218,2 min manat azdır. 2018-ci ilin yanvar-mart aylarında iri və orta sənaye müəssisələri üzrə istehsalın həcmi dövlət sektorunda sənaye məhsulunun 98,8 faizini, qeyri-dövlət sektorunda isə sənaye məhsulunun 1,2 faizini təşkil etmişdir. 2018-ci ilin yanvar-mart aylarında kiçik sahibkarlıq subyektləri tərəfindən istehsal edilmiş məhsulun həcmi 1148,8 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə və ya 628,0 min manat çoxdur. 2018-ci ilin yanvar-mart aylarında kiçik sahibkarlıq subyektləri sayılan sənaye müəssisələrində istehsalın həcmi dövlət sektorunda sənaye məhsulunun 15,3 faizini, qeyri-dövlət sektorunda isə sənaye məhsulunun 84,7 faizini təşkil etmişdir.

2018-ci ilin yanvar-mart aylarında sənaye müəssisələrində çalışan işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz və ya 24 nəfər azalaraq 3037 nəfər olmuşdur. Ən çox işçi elektrik enerjisi, qaz  və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində (1817 nəfər) mövcud olmuşdur ki, bu da sənayedə çalışan cəmi işçilərin         59,8 faizini təşkil etmişdir. Emal sənayesində 415 nəfər və ya cəmi işçilərin 13,7 faizi məşğuldur. 2018-ci ilin yanvar-mart aylarında mədənçıxarma sənayesi,  dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı, mebellərin istehsalı, hazır metal məmulatlarının istehsalı, maşın və avadanlıqların istehsalı, poliqrafiya məhsullarının istehsalı, kompyuter, elektron və optik məhsulların istehsalı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində işləyənlərin sayının artması müşahidə olunmuşdur. Qida məhsullarının istehsalı, geyim istehsalı, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, rezin və plastik kütlə məmulatlarının istehsalı, tikinti materiallarının istehsalı sahələrində isə işləyənlərin sayının azalması müşahidə olunmuşdur. 2018-ci ilin yanvar-mart aylarında sənayedə çalışan cəmi işçilərin 93,6 faizi iri və orta sənaye müəssisələrində, 6,4 faizi kiçik sahibkarlıq subyektlərində məşğul olmuşdur. Hesabat dövründə sənaye müəssisələrində 258 nəfər işə qəbul edilmiş və 244 nəfər işdən çıxmışdır.

2018-ci ilin yanvar-mart aylarında şəhərin sənaye müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı 344,8 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 4,8 faiz və ya 15,8 manat çoxdur. 2018-ci ilin yanvar-mart aylarında dövlət sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 360,2 manat, qeyri-dövlət sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqı isə 251,1 manat olmuşdur.

Orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 5,4 faiz, emal sənayesində 3,5 faiz, mədənçıxarma sənayesində 7,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində orta aylıq nominal əmək haqqının səviyyəsi bütövlükdə şəhər sənayesi üzrə orta göstəricidən 79,2 manat  və ya 23,0 faiz çoxdur.

Hazırda dövlət tərəfindən sahibkarlığın inkişafına diqqətin artırılması, sahibkarların hüquqlarının qorunması, istehsalda inhisarçılığın aradan qaldırılması ilə bağlı mühüm addımlar atılır.

Məqalə Qiyməti