2018-ci ilin birinci rübündə əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

: 2018-ci ilin birinci rübündə əhaliyə göstərilən ödənişli xidmətlərin təşkilati strukturu
2018-ci ilin birinci rübündə əhaliyə göstərilən ödənişli xidmətlərin təşkilati strukturu

2018-ci ilin birinci rübündə şəhər əhalisinə 16063,3 min manatlıq ödənişli xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərdə 613,0 min manat və ya 4,0 faiz, müqayisəli qiymətlərlə isə 452,7 min manat və ya 2,9 faiz çoxdur.

2018-ci ilin birinci rübündə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində fiziki şəxslərin xüsusi çəkisi 73,1 faiz, rəsmi qeydiyatdan keçmiş dövlət mülkiyyətli müəssisələrin xüsusi çəkisi 25,1 faiz, rəsmi qeydiyatdan keçmiş qeyri-dövlət mülkiyyəti müəssisələrinin xüsusi çəkisi  isə 1,8 faiz təşkil etmişdir.  

Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində (məişət xidməti daxil olmaqla) qeyri-dövlət mülkiyyətli müəssisələrin (fiziki şəxslərdə daxil olmaqla) həcmi 12024,6 min manat, xüsusi çəkisi isə 74,9 faiz təşkil etmişdir.

Cari ilin birinci rübündə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində (məişət xidməti daxil olmaqla) dövlət mülkiyyətli müəssisələrin payı 4038,7 min manat və ya 25,1 faiz olmuşdur ki, bu da ötən ilin müvafiq dövründən faktiki qiymətlərlə 1,8 faiz və ya 72,4 min manat, müqayisəli qiymətlərlə isə 2,9 faiz  və ya 113,8 min manat çoxdur.

Hüquqi şəxslər tərəfindən 2018-ci ilin birinci rübündə məişət xidməti də daxil olmaqla əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 4319,4 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 1,4 faiz və ya 61,0 min manat, müqayisəli qiymətlərlə isə 2,9 faiz  və ya 121,7 min manat  çoxdur.

Əsas fəaliyyət növü ticarət olan müəssisələr tərəfindən əhaliyə 2018-ci ilin birinci rübündə 72,8 min manatlıq ödənişli xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründən faktiki qiymətlərlə 1,7 min manat və ya 2,3 faiz az, müqayisəli qiymətlərlə isə 2,0 min manat və ya 2,8 faiz  çoxdur.

Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) müəssisələri tərəfindən hesabat dövründə əhaliyə 4246,6 min manatlıq ödənişli xidmət göstərilmişdir ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 62,7 min manat və ya 1,5 faiz, müqayisəli qiymətlərlə isə 119,6 min manat və ya 2,9 faiz çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində qeyri ticarət təşkilatlarının xüsusi çəkisi 98,3 faiz təşkil etmişdir.

Fiziki şəxslər tərəfindən hesabat dövründə əhaliyə 11743,9 min manatlıq ödənişli xidmətlər göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 4,9 faiz və ya 552,6 min manat, müqayisəli qiymətlərlə isə 2,9 faiz  və ya 331,0 min manat   çoxdur.

Cari ilin birinci rübündə şəhər əhalisinə 2527,9 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 70,6 min manat və ya 2,9 faiz, müqayisəli qiymətlərlə isə 71,25 min manat və ya 2,9 faiz çoxdur.

Əhaliyə göstərilən məişət xidmətinin həcmində dövlət mülkiyyətli müəssisələrin payı 1,8 min manat və ya 0,07 faiz olmuşdur ki, bu da ötən ilin müvafiq dövründən faktiki qiymətlərlə 1,0 min manat və ya 2,3 dəfə, müqayisəli qiymətlərlə isə 0,05 min manat və ya 2,9 faiz çoxdur.

Hesabat dövründə əhaliyə göstərilən məişət xidmətinin həcmində qeyri-dövlət mülkiyyətli müəssisələrin payı 2526,1 min manat, xüsusi çəkisi isə 99,93 faiz olmuşdur.

Hüquqi şəxslər tərəfindən 2018-ci ilin birinci rübü ərzində əhaliyə göstərilən məişət xidmətlərinin həcmi 23,3 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 1,3 min manat və ya 5,9 faiz, müqayisəli qiymətlərlə isə 0,66 min manat və ya 2,9 faiz çoxdur.

Əsas fəaliyyət növü ticarət olan müəssisələr tərəfindən əhaliyə hesabat dövründə 16,5 min manatlıq məişət xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövründən faktiki qiymətlərlə 0,3 min manat və ya 1,8 faiz az, müqayisəli qiymətlərlə isə 0,47 min manat və ya 2,9 faiz çoxdur.

Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) müəssisələri tərəfindən əhaliyə 6,8 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 1,6 min manat və ya 30,8 faiz, müqayisəli qiymətlərlə isə 0,19 min manat və ya 2,9 faiz çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən məişət xidmətlərinin həcmində qeyri ticarət təşkilatlarının xüsusi çəkisi 29,2 faiz təşkil etmişdir.

Fiziki şəxslər tərəfindən hesabat dövründə əhaliyə 2504,6 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 2,8 faiz və ya 69,3 min manat, müqayisəli qiymətlərlə isə 2,9 faiz  və ya 70,59 min manat   çoxdur.

Məqalə Qiyməti