2018-Ci ilin 3 ayında nəqliyyat, informasiya və rabitənin işi

: Avtomobil nəqliyyatı ilə yük daşınmaları, min ton
Avtomobil nəqliyyatı ilə yük daşınmaları, min ton

NƏQLİYYAT

 

Mingəçevir respublikanın iri sənaye mərkəzlərindən biri olmaqla bərabər, nəqliyyat və rabitə müəssisələri olan şəhəridir. Nəqliyyat müəssisələri şəhərin müəssisə və təşkilatları ilə yanaşı, ətraf rayonlarda yerləşən müəssisə və təşkilatlara da xidmət edir.

Şəhərdə hava və su nəqliyyatı olmadığından, əsasən avtomobil nəqliyyatından və qismən dəmir yol nəqliyyatından istifadə olunur.

2018-ci ilin yanvar-mart aylarında Aran iqtisadi rayonu üzrə avtomobil nəqliyyatı ilə (nəqliyyat sektoru) 5294,0 min ton yük daşınmışdır ki, həmin yüklərin də 3,9 faizi Mingəçevirin, 13,4 faizi Ağcabədinin, 9,9 faizi Yevlaxın, 8,8 faizi Ucarın, 8,4 faizi Bərdənin, 8,1 faizi İmişlinin, 6,4 faizi Sabirabadın, 6,2 faizi Salyanın, 6,2 faizi Ağdaşın və 28,7 faizi digər rayonların payına düşmüşdür.

Mingəçevir şəhərində 2018-ci ilin yanvar-mart ayları ərzində yük avtomobilləri ilə 209,0 min ton yük daşınmışdır. Keçən il ilə müqayisədə 6,0 min ton və ya 3,0 faiz çox yük daşınmışdır. Hesabat ili ərzində yük avtomobillərinin yük dövriyyəsi 25142,4 min ton km. olmuşdur ki, bu da əvvəlki ildəkindən 5,5 faiz və ya 1458,7 min ton km azdır.

2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2018-ci ilin yanvar-mart aylarında təşkilati-hüquqi formasından asılı olmayaraq bütün növ sərnişin nəqliyyatı vasitələri ilə daşınmış sərnişinlərin sayı 145,0 min sərnişin və ya 2,0 faiz artaraq 7638,0 min sərnişin olmuşdur. 2018-ci ilin yanvar-mart aylarında sərnişin dövriyyəsi əvvəlki ilə nisbətən     1491,6 min sərnişin km. və ya 2,0 faiz artaraq  77972,4  min sərnişin km. olmuşdur.

2018-ci ilin yanvar-mart ayları ərzində nəqliyyat müəssisə və təşkilatları tərəfindən (fiziki şəxslər də daxil olmaqla) cəmi 1160,3 min manatlıq mal və xidmətlər göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə mal və xidmətlərin həcminin 13,2 min manat və ya 1,1 faiz azalmışdır. Göstərilmiş mal və xidmətlərdən gələn gəlirin 108,9 min manatı və ya 9,4 faizi dövlət, 1051,4 min manatı və ya 90,6 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. 2018-ci ilin yanvar-mart aylarında cəmi mal və xidmətlərin 1143,2 min manatı və ya 98,5 faizi əsas fəaliyyət növü üzrə olmuşdur.

2018-ci ilin yanvar-mart ayları ərzində nəqliyyat müəssisələrində faktiki işləyənlərin sayı 117 nəfər olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 21,5 faiz və ya        32 nəfər azdır.

2018-ci ilin yanvar-mart ayları ərzində nəqliyyat müəssisələrində çalışan işçilərə cəmi 83,5 min manat, o cümlədən, siyahı tərkibində olan işçilərə 80,9 min manat əmək haqqı hesablanmışdır. İşçilərə pul və natura formasında hesablanan əmək haqqı fondunun məbləği 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə cəmi 0,2 faiz, siyahı tərkibi üzrə isə 1,1 faiz azalmışdır.

2018-ci ilin yanvar-mart ayları ərzində orta hesabla bir nəfərə düşən orta aylıq nominal əmək haqqı nəqliyyat müəssisələri üzrə 253,7 manat olmuşdur ki, bu da şəhər üzrə orta aylıq nominal əmək haqqından 17,1 faiz azdır. 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 10,5 manat və ya 4,3 faiz çoxdur.

Fəaliyyət göstərən nəqliyyat müəssisələrində 2018-ci il yanvarın 1-i vəziyyətinə siyahı tərkibində olan işçilərin sayı 118 nəfər olmuşdur. 2018-ci ilin yanvar-mart ayları ərzində        2 nəfər işə qəbul edilmiş və 3 nəfər isə işdən çıxaraq 01 aprel 2018-ci il vəziyyətinə siyahı tərkibində 117 nəfər işçi qalmışdır. Bunun da 83,8 faizi və ya 98 nəfəri dövlət sektorunda çalışan işçilərdir.

RABİTƏ

 

Respublikamızın müstəqillik əldə etməsi, dünya ölkələri ilə iqtisadi və sosial əlaqələrin yaranması, xarici investorların ölkəmizə cəlb edilməsi rabitə əlaqələrinin yüksək səviyyədə qurulmasını tələb edir.

Şəhərin rabitə müəssisələri tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində faktiki qiymətlərlə 302,4 min manatlıq və ya əvvəlki ilə nisbətən 3,1 faiz və ya 9,7 min manat az rabitə xidmətləri göstərilmişdir.

2018-ci ilin yanvar-mart aylarında poçt şöbələrinin və poçt çatdırma məntəqələrinin sayı 11, poçtalyonların sayı isə 11 nəfər olmuşdur. Hesabat ilində poçt göndərişlərinin sayı abunə və pərakəndə satışda dövri mətbuat (qəzet və jurnallar) üzrə 305 ədəd, məktub korrespondensiyasının ümumi sayı 16326 ədəd, sifarişli məktubların, banderolların və kiçik paketlərin sayı 12260 ədəd, adi və qiymətli bağlamalar (pullu, xidməti, pulsuz) 279 ədəd və pul baratlarının sayı isə 7296 ədəd olmuşdur. Sürətli poçt göndərişlərinin sayı 3 ədəd olmuşdur ki, bunların da hamısı beynəlxalq göndərişlərdir.

Mingəçevir şəhərində 6 elektron sistemli ATS fəaliyyət göstərir. ATS-lərin nömrə tutumu 23056 olduğu halda, əsas telefon aparatlarının sayı 19054 ədəd olmuşdur ki, bu da keçən illə müqayisədə 144 ədəd azdır. Əhalidə olan telefon aparatlarının sayı isə keçən illə müqayisədə 641 ədəd artaraq 18969 ədəd olmuşdur ki, bu da əsas telefon aparatlarının 99,6 faizini təşkil edir.

2018-ci ilin yanvar-mart ayları ərzində cəmi telefon danışıqlarının sayı 238,0 min ədəd olmuşdur. Bunun da 210,0 min ədədi şəhərlərarası danışıqlar, 28,0 min ədədi isə beynəlxalq telefon danışıqları olmuşdur.  

2018-ci ilin yanvar-mart aylarında cəmi şəhərlərarası və beynəlxalq telefon danışıqlarından 59,7 min manat gəlir əldə olunmuşdur ki, bunun da 43,9 faizi və ya 26,2 min manatı beynəlxalq danışıqlardandır.

 2018-ci il aprelin 1-i vəziyyətinə rabitə müəssisələrində siyahı tərkibində olan işçilərin sayı 167 nəfər olmuşdur ki, onların da 77 nəfərini və ya 46,1 faizini qadınlar təşkil etmişdir. 2017-ci ilin eyni dövrü ilə müqayisədə siyahı tərkibində olan işçilərin sayı 1,2 faiz və ya           2 nəfər, qadınların sayı isə 1,3 faiz və ya 1 nəfər azalmışdır.

2018-ci ilin yanvar-mart ayları ərzində rabitə işçilərinə cəmi 199,7 min manat əmək haqqı hesablanmışdır. İşçilərə pul və natura formasında hesablanan əmək haqqı fondunun məbləği 2017-ci ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz və ya 12,6 min manat azalmışdır.

2018-ci ilin yanvar-mart ayları ərzində orta hesabla bir nəfərə düşən orta aylıq əmək haqqı rabitə müəssisələri üzrə 401,8 manat olmuşdur ki, bu da şəhər üzrə orta aylıq əmək haqqından 31,3 faiz çoxdur. 2017-ci ilin eyni dövrü ilə müqayisədə bir işçiyə düşən orta aylıq əmək haqqı 24,5 manat və ya 5,7 faiz azdır.

Məqalə Qiyməti