2017-ci ildə şəhərin mehmanxana və mehmanxana tipli müəssisələrinin fəaliyyəti

: 2017-ci il ərzində mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilən şəxslərin ölkələrə görə xüsusi çəkisi
2017-ci il ərzində mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilən şəxslərin ölkələrə görə xüsusi çəkisi

Ölkəmiz zəngin təbiət və iqlimə, ekskursiya və səyahət üçün əlverişli və münbit şəraitə malik olması, son illər Azərbaycana o cümlədən, Mingəçevirə turist axınının və turizm fəaliyyəti ilə məşğul olan müəssisələrin sayının artmasına müsbət təsir göstərmişdir.

01 yanvar 2018-ci il tarixinə şəhərdə mövcud olan mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 8 vahid olmuşdur ki, bu da 2017-cı ilin müvafiq dövri ilə müqayisədə eynidir. Onlardan 3-ü dövlət, 5-i isə qeyri-dövlət müəssisəsidir. Mövcud olan müəssisələrdən 2 vahidi 4 ulduzludur.

2017-ci il ərzində mehmanxana və mehmanxana tipli müəssisələrdə nömrələrin (otaqların) sayı 249 vahid, yerlərin sayı (birdəfəlik tutum) isə 695 yerdir. 2016-cı illə müqayisədə nömrələrin (otaqların) sayı  və yerlərin sayı (birdəfəlik tutum) eynidir. Nömrələrdən 12 vahidi və ya 4,8 faizi lüks nömrə, 109 vahidi və ya 43,8 faizi I dərəcəli nömrə, 128 vahidi və ya 51,4 faizi isə turist dərəcəli nömrədir. Turistlərin daha çox olduğu dövrdə maksimum istifadə olunan nömrələrin (otaqların) sayı 157 vahid, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4 vahid çoxdur. Yerlərin sayı isə 367 yer olmuşdur ki, bu da ötən illə  müqayisədə 8 yer çoxdur. Qalan 92 vahid nömrədə və ya 328 yerdə isə məcburi köçkünlər məskunlaşmışdır.

Mehmanxana və mehmanxana tipli müəssisələrdə 2017-ci il ərzində yerləşdirilən şəxslərin sayı 19985 nəfər olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə   98,2 faiz və ya 9902 nəfər çoxdur. Gecələmələrin sayı isə hesabat dövründə 28280 adam-gecə olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12598 adam-gecə və ya 80,3 faiz çoxdur. Yerləşdirilən şəxslərin sayından 17371 nəfəri və ya 86,9 faizi Azərbaycan vətəndaşları, 2200 nəfəri və ya 11,0 faizi MDB ölkələrinin vətəndaşları, 414 nəfəri və ya   2,1 faizini isə digər xarici ölkələrin vətəndaşları təşkil etmişdir.

Hesabat dövründə yerləşdirilən şəxslərin sayından 17371 nəfəri Azərbaycan vətəndaşlarıdır ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 9443 nəfər və ya         2,2 dəfə, 2200 nəfəri MDB ölkələrinin vətəndaşlarıdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 910 nəfər və ya 1,7dəfə çoxdur. Digər xarici ölkələrin vətəndaşlarının sayı isə 414 nəfər təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 52,1 faiz və ya 451 nəfər azdır.

Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilən şəxslərin gecələmələrinin sayı hesabat dövründə 28280 adam-gecə olmuşdur. Gecələmələrin    23266 adam-gecəsini Azərbaycan vətəndaşları təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövründəkindən 11797 adam-gecə və ya 2,0 dəfə çoxdur. 4350 adam-gecəsini MDB ölkələrinin vətəndaşları olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə        1,7 dəfə və ya 1778 adam-gecə çoxdur. Digər xarici ölkə vətəndaşlarının gecələmələrinin sayı isə hesabat dövründə 664 adam-gecə təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 59,5 faiz və ya 977 adam-gecə azdır.

Mehmanxana və mehmanxana tipli müəssisələrdə 2017-ci il ərzində yerləşdirilən 19985 şəxsin 6880 nəfəri turizm məqsədi ilə, 13105 nəfəri isə digər məqsədlə səfər etmişlər. Turizm məqsədi ilə səfər edənlərdən 4480 nəfəri və ya 65,1 faizi Azərbaycan vətəndaşı, 2150 nəfəri və ya 31,3 faizi MDB ölkələrinin vətəndaşları, 250 nəfəri və ya       3,6 faizi isə digər xarici ölkələrin vətəndaşları təşkil etmişlər. Turizm məqsədi ilə səfər edənlərdən 1400 nəfəri və ya 20,3 faizi istirahət, əyləncə turizmi, 734 nəfəri və ya 10,7 faizi işgüzar turizm və 4746 nəfəri və ya 69,0 faizi isə digər turizm üzrə olmuşdur.

 Hesabat dövründə digər məqsədlə səfər edənlərin sayı 13105 nəfər olmuşdur ki, onlardan 12891 nəfəri və ya 98,4 faizi Azərbaycan vətəndaşı, 50 nəfəri və ya 0,4 faizi MDB ölkələrinin vətəndaşları, 164 nəfəri və ya 1,2 faizi isə digər xarici ölkələrin vətəndaşları təşkil etmişdir.

Mehmanxana və mehmanxana tipli müəssisələrdə yaşama müddətinə görə yerləşdirilmiş şəxslərdən 19944 nəfəri və ya 99,79 faizi 1-3 gecə, 10 nəfəri və ya 0,05 faizi 4-7 gecə, 2 nəfəri və ya 0,01 faizi 8-28 gecə, 29 nəfəri və ya 0,15 faizi isə 29-91 gecə təşkil etmişdir.

2017-ci il ərzində mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş xarici ölkə vətəndaşlarının sayı 2614 nəfər olmuşdur. Onlardan 7 nəfəri və ya 0,27 faizi ABŞ vətəndaşı, 100 nəfəri və ya 3,83 faizi  Almaniya vətəndaşı, 9 nəfəri və ya 0,34 faizi Birləşmiş Krallıq vətəndaşı, 2 nəfəri və ya 0,08 faizi Belarusiya vətəndaşı, 2 nəfəri və ya 0,08 faizi Çin vətəndaşı, 1 nəfəri və ya 0,04 faizi Fransa vətəndaşı, 10 nəfəri və ya 0,38 faizi Gürcüstan vətəndaşı, 22 nəfəri və ya 0,84 faizi Hindistan vətəndaşı, 70 nəfəri və ya 2,68 faizi İran vətəndaşı, 3 nəfəri və ya 0,11 faizi İtaliya vətəndaşı, 4 nəfəri və ya 0,15 faizi Koreya vətəndaşı, 2 nəfəri və ya 0,08 faizi Latviya vətəndaşı, 12 nəfəri və ya 0,46 faizi Niderland vətəndaşı, 2190 nəfəri və ya 83,78 faizi Rusiya Federasiyası vətəndaşı, 22 nəfəri və ya  0,84 faizi Türkiyə vətəndaşı, 8 nəfəri və ya 0,30 faizi Ukrayna vətəndaşı 150 nəfəri və ya 5,74 faizi digər ölkələrin vətəndaşı təşkil etmişdir.

Mehmanxana və mehmanxana tipli müəssisələrin hesabat dövründə məhsul (xidmət) satışından əldə etdiyi gəliri 1093,5 min manat olmuşdur ki, bu da əvvəlki ilin hesabat dövrü ilə müqayisədə 278,3 min manat və ya 34,1 faiz çoxdur. Mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyətlərindən əldə olan gəlirin 862,1 min manatı və ya 78,84 faizi nömrələrin satışından, 229,8 min manatı və ya 21,01 faizi içkilərdə daxil edilməklə qida məhsullarının satışından və 1,6 min manatı və ya 0,15 faizi isə digər gəlirlərin hesabına olmuşdur.

Mehmanxana və mehmanxana tipli müəssisələrdə hesabat dövründə nömrələrin satışından əldə olan gəlir 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 483,0 min manat və ya 2,3 dəfə, içkilərdə daxil edilməklə qida məhsullarının satışından əldə olan gəlir 43,1 min manat və ya 23,1 faiz çox və digər gəlirlər isə 247,9 min manat və ya 99,4 faiz az olmuşdur.

2017-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə məhsul (xidmət) istehsalına çəkilən xərclərin məbləği 3734,5 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 483,1 min manat və ya 14,9 faiz çoxdur.

Hesabat dövründə mehmanxana və mehmanxana tipli müəssisələrdə məhsul (xidmət) istehsalına çəkilən xərclərin 10,6 min manatı və ya 0,28 faizi avadanlıq və inventarların alınmasına, 371,6 min manatı və ya 9,95 faizi içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər, 287,8 min manatı və ya 7,71 faizi bütün növ yanacaq və enerji xərcləri, 2254,0 min manatı və ya 60,36 faizi əsas fondların amortizasiya ayırmalarına, 20,2 min manatı və ya 0,54 faizi suyun alınmasına, 2,0 min manatı və ya 0,05 faizi icarə ödəmələri, 498,7 min manatı və ya 13,35 faizi əmək haqqı xərcləri, 109,7 min manatı və ya 2,94 faizi bütün növ sosial sığortalar üzrə ayırmalar,        6,7 min manatı və ya 0,18 faizi əsas vəsaitlərin cari təmirinə, 173,2 min manatı və ya      4,64 faizi isə digər xərclər təşkil etmişdir.

2016-cı il ilə müqayisədə hesabat dövründə mehmanxana və mehmanxana tipli müəssisələrdə məhsul (xidmət) istehsalına çəkilən xərclərdən avadanlıq və inventarların alınmasına 0,1 min manat və ya 0,95 faiz çox, içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər 260,6 min manat və ya 3,3 dəfə çox, bütün növ yanacaq və enerji xərcləri 107,6 min manat və ya 59,7 faiz çox, suyun alınmasına 3,3 min manat və ya 19,5 faiz çox, əmək haqqı xərcləri 17,8 min manat və ya 3,7 faiz çox, bütün növ sosial sığortalar üzrə ayırmalar 92,6 min manat və ya 6,4 dəfə çox, digər xərclər 144,9 min manat və ya 6,1 dəfə çox, icarə ödəmələri isə 10,0 min manat və ya 83,3 faiz az olmuşdur.

2017-ci il üzrə şəhərdə olan mehmanxana və mehmanxana tipli müəssisələrdə çalışan işçilərin orta siyahı sayı 150 nəfər olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 nəfər çoxdur. Mehmanxana və mehmanxana tipli müəssisələrdə çalışan işçilərə hesablanmış orta aylıq əmək haqqının məbləği 277,06 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6,26 manat və ya 2,3 faiz  çoxdur.

Məqalə Qiyməti