01 yanvar 2018-ci il vəziyyətinə dövlət qulluqçuları barədə

: Dövlət qulluğunda çalışan  kişilər və qadınlar
Dövlət qulluğunda çalışan kişilər və qadınlar

2018-ci il yanvar ayının 1-nə idarə və təşkilatlarda 192 nəfər ştat cədvəli üzrə dövlət qulluqçusu vəzifəsi təsdiq olunduğu halda faktiki olaraq dövlət qulluğu vəzifələrində çalışan işçilərin sayı 187 nəfərdir. Dövlət qulluğunda çalışan işçilərin 93 nəfər və ya 49,7 faizi kişilər, 94 nəfər və ya 50,3 faizi qadınlardır.

Dövlət qulluğunda işləyənlərin 131 nəfər və ya 70,1 faizi inzibati vəzifələrin 4-7-ci təsnifatları üzrə, 56 nəfər və ya 29,9 faizi isə dövlət qulluğunun yardımçı vəzifələrində çalişirlar.

Dövlət qulluğuna aid olmayan qulluqçuların sayı 12 nəfər, binaya xidmət və mühafizəçi heyətin sayı 2 nəfərdir.

Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrdə işləyənlərin 5,3 faiz və ya 7 nəfəri 1 ilə qədər, 15,3 faiz və ya 20 nəfəri 1 ildən 5 ilə qədər, 19,1 faiz və ya 25 nəfəri 5 ildən 10 ilə qədər, 15,3 faiz və ya 20 nəfəri 10 ildən 15 ilə qədər, 45,0 faiz və ya 59 nəfəri isə 15 il və daha çox qulluq stajına malik olanlardır. Dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyənlərin 5,4 faiz və ya 3 nəfəri 1 ilə qədər, 21,4 faiz və ya 12 nəfəri 1 ildən 5 ilə qədər, 7,1 faiz və ya 4 nəfəri 5 ildən 10 ilə qədər, 9,0 faiz və ya 5 nəfəri 10 ildən 15 ilə qədər, 57,1 faiz və ya 32 nəfəri isə 15 il və daha çox qulluq stajına malik olanlardır.

Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrdə işləyənlərin 10,7 faiz və ya 14 nəfəri 30 yaşa qədər, 9,2 faiz və ya 12 nəfəri 30-34 yaşda, 26,7 faiz və ya 35 nəfəri 35-44 yaşda, 21,4 faiz və ya 28 nəfəri 45-54 yaşda, 29,0 faiz və ya 38 nəfəri 55-62 yaşda, 0,7 faiz və ya 1 nəfəri 63-64 yaşda və 2,3 faiz və 3 nəfəri isə 65 və yuxarı yaşda olanlardır. Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrdə işləyənlərin 77,1 faiz və ya   101 nəfəri 35-62 yaşda olanlardır.

Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrdə işləyən qadınların      8,9 faiz və ya 4 nəfər qadın 30 yaşa qədər, 4,4 faiz və ya 2 nəfər qadın 30-34 yaşda,      28,9 faiz və ya 13 nəfər qadın 35-44 yaşda, 26,7 faiz və ya 12 nəfər qadın 45-54 yaşda, 13,3 faiz və ya 6 nəfər qadın 55-59 yaşda, 17,8 faiz və ya 8 nəfər qadın 60-64 yaşdadır. Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrdə işləyən qadınların 68,9 faiz və ya 31 nəfəri 35-59 yaşda olan qadınlardır.

Dövlət qulluğunun yardımçı vəzifələr üzrə işləyənlərin 7,1 faiz və ya 4 nəfəri (hamısı qadın) 30 yaşa qədər, 1,8 faiz və ya 1 nəfəri (hamısı qadın) 30-34 yaşda, 17,9 faiz və ya   10 nəfəri (7 nəfər qadın) 35-44 yaşda, 32,1 faiz və ya 18 nəfəri (hamısı qadın) 45-54 yaşda, 39,3 faiz və ya 22 nəfəri (19 nəfər qadın) 55-62 yaşda, 1,8 faiz və ya 1 nəfəri 65 və yuxarı yaşdadır. Dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyənlərin 89,3 faiz və ya 50 nəfəri  35-62 yaşdadır.

4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışanların 3,0 faiz və ya 4 nəfəri yerli icra başçısının müavinləri, 9,9 faiz və ya 13 nəfəri şöbə müdirləri, 6,1 faiz və ya 8 nəfəri şöbə müdirinin müavinləri, 9,2 faiz və ya 12 nəfəri sektor müdirləri, 22,1 faiz və ya 29 nəfəri baş məsləhətçilər, 4,6 faiz və ya 6 nəfəri böyük məsləhətçilər, 19,1 faiz və 25 nəfəri aparıcı məsləhətçilər və 26,0 faiz və ya 34 nəfəri məsləhətçilərdir. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 97,4 faiz komplektləşdirilmişdir.

Yardımçı vəzifələrdə çalışanların 91,1 faiz və ya 51 nəfəri baş mütəxəssislər,        5,3 faiz və ya 3 nəfəri böyük mütəxəssislər və 3,6 faiz və ya 2 nəfəri aparıcı mütəxəssislərdir. Yardımçı vəzifələrin ştat cədvəli üzrə vəzifələr 98,2 faiz komplektləşdirilmişdir.

Hesabat ilində dövlət qulluqçularının orta aylıq nominal əmək haqqı 480,1 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 17,2 manat və ya 3,5 faiz azdır. İnzibati vəzifələr üzrə rəhbər işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki illə müqayisədə 22,0 manat və ya 2,7 faiz artaraq 839,4 manat, qadınların orta aylıq nominal əmək haqqı isə 104,4 manat və ya 15,2 faiz artaraq 789,5 manat olmuşdur.

Məqalə Qiyməti