2018-ci ilin yanvar-mart aylarında ticarət müəssisələrinin fəaliyyəti haqqında

: 01 aprel 2018-ci il vəziyyətinə əmtəə bazarının strukturu
01 aprel 2018-ci il vəziyyətinə əmtəə bazarının strukturu

01 aprel 2018-ci il vəziyyətinə şəhərdə ticarət fəaliyyəti ilə məşğul olan 24 - dövlət obyekti, 1 - İstehsal İstehlak Kooperativi, 166 - firma, məhdud məsuliyyətli cəmiyyət, kiçik müəssisə və 11 saylı Ərazi Vergilər Departamentinin məlumatına əsasən 3528 nəfər isə hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər qeydiyyatdan keçmişdir.

2018-ci ilin 01 aprel vəziyyətinə şəhərdə 4 ədəd bazar və yarmarka fəaliyyət göstərmişdir ki, onlarda da ticarət yerlərinin sayı 1307 vahiddir.

2018-ci ilin yanvar-mart ayları ərzində şəhərin istehlak bazarında əhaliyə       87605,5 min manatlıq istehlak malları satılmışdır. Cəmi pərakəndə ticarət dövriyyəsinin    51,6 faizini və ya 45162,2 min manatını ərzaq malları, 48,4 faizini və ya 42443,3 min manatını isə qeyri- ərzaq malları təşkil etmişdir.

2018-ci ilin yanvar-mart ayları ərzində şəhər üzrə pərakəndə ticarət dövriyyəsi faktiki qiymətlərlə 87605,5 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 11909,4  min manat və ya 17,1 faiz  çoxdur.

2018-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 7,3 faiz və ya 6004,1 min manat, müqayisəli qiymətlərlə isə 4,4 faiz və ya 3692,2 min manat çox olmuşdur. Hesabat dövründə hüquqi şəxslər üzrə pərakəndə ticarət dövriyyəsi 4668,8 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 2,4 dəfə və ya 2754,5 min manat, müqayisəli qiymətlərlə isə 4,4 faiz və ya 196,8 min manat çox olmuşdur. Dövlət mülkiyyəti olan müəssisələr üzrə pərakəndə ticarət dövriyyəsi isə 2017-ci ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 10,4 min manat və ya 51,5 faiz, müqayisəli qiymətlərlə isə 1,3 min manat və ya 4,4 faiz çox olmuşdur.

2018-ci ilin yanvar-mart aylarında şəhər üzrə cəmi ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 45162,2 min manat olmuşdur ki, bu da 2017-ci ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 14,8 faiz və ya 5830,7 min manat, müqayisəli qiymətlərlə isə 4,5 faiz və ya 1944,8  min manat çoxdur.

Hesabat dövründə şəhər üzrə qeyri-ərzaq mallarının pərakəndə ticarət  dövriyyəsi isə 42443,3 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 173,4 min manat və ya 0,4 faiz, müqayisəli qiymətlərlə isə 1749,8 min manat və ya  4,3 faiz çoxdur.

Hesabat dövrü ərzində hüquqi şəxslər üzrə cəmi ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 1047,2 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 30,5 faiz və ya 460,1 min manat az, müqayisəli qiymətlərlə isə  4,5 faiz və ya  45,1 min manat çoxdur.

Qeyri-ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi hüquqi şəxslər üzrə 2018-ci ilin yanvar-mart aylarında 3621,6 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 2,4 dəfə  və ya 2114,3 min manat, müqayisəli qiymətlərlə isə     4,3 faiz  və ya 149,3 min manat çox deməkdir.

Hesabat dövrü ərzində hüquqi şəxslərin dövlət mülkiyyəti olan müəssisələr üzrə  ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi olmamışdır.

Qeyri-ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi hüquqi şəxslərin dövlət mülkiyyətli müəssisələri üzrə 30,6 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən  faktiki qiymətlərlə 10,4 min manat və ya 51,5 faiz, müqayisəli qiymətlərlə isə        1,3 min manat və ya 4,4 faiz çoxdur.

Fiziki şəxslər üzrə hesabat dövründə qeyri-ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi isə 38821,7 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 1940,9 min manat və ya 4,8 faiz az, müqayisəli qiymətlərlə isə 1600,5 min manat və ya 4,3 faiz çoxdur.

2018-ci ilin yanvar-mart ayları ərzində bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslər üzrə cəmi ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 14622,9 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 9,7 faiz və ya 1299,0 min manat, müqayisəli qiymətlərlə isə 4,5 faiz  və ya 629,7 min manat çoxdur.

2018-ci ilin yanvar-mart ayları ərzində bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslər üzrə cəmi qeyri-ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi isə 841,8 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 7,3 faiz və ya 57,6 min manat, müqayisəli qiymətlərlə isə 4,3 faiz  və ya 34,7 min manat çoxdur.

2018-ci ilin yanvar-mart ayları ərzində digər fiziki şəxslər üzrə cəmi ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 29492,1 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 15,2 faiz və ya 3891,5 min manat, müqayisəli qiymətlərlə isə 4,5 faiz  və ya 1270,0 min manat çoxdur.

2018-ci ilin yanvar-mart ayları ərzində digər fiziki şəxslər üzrə cəmi qeyri-ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi isə 37979,9 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 5,0 faiz və ya 1998,5 min manat az, müqayisəli qiymətlərlə isə 4,3 faiz  və ya 1565,8 min manat çoxdur.

2018-ci ilin yanvar-mart ayları ərzində şəhər üzrə cəmi ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 45162,2 min manat olmuşdur ki, bu da ümumi pərakəndə ticarət dövriyyəsinin 51,6 faizini təşkil edir. Qeyri - ərzaq mallarının həcmi isə 42443,3 min manat olmuşdur ki, bu da ümumi əmtəə dövriyyəsinin 48,4 faizini təşkil edir.

Pərakəndə ticarətin ümumi əmtəə dövriyyəsinin həcmində ərzaq mallarından; meyvələrin, tərəvəzin, kartofun, yarma və paxlalılar, süd məhsulları, ət (quş əti də daxil olmaqla), ət məhsulları və çörək-bulka məmulatları, qeyri-ərzaq mallarından isə yanacaq, paltarların və alt geyimlərinin, elektrik məişət cihazlarının və ayaqqabıların pərakəndə satışı daha böyük xüsusi çəkiyə malikdir.

Şəhər üzrə 2018-ci ilin yanvar-mart ayları ərzində ümumi pərakəndə ticarət dövriyyəsində müvafiq olaraq ərzaq mallarının xüsusi çəkisi 51,6 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə 48,4 faizdir. Ümumi əmtəə dövriyyəsinin həcmində meyvələrin (6253,9 min manat) xüsusi çəkisi 7,1 faiz, kartofun (1945,0 min manat) xüsusi çəkisi 2,2 faiz, tərəvəzin (3841,2 min manat) xüsusi çəkisi 4,4 faiz, yarma və paxlalıların (274,5 min manat) xüsusi çəkisi 0,3 faiz, süd məhsullarının (1046,4 min manat) xüsusi çəkisi 1,2 faiz, çörək-bulka məmulatlarının (590,6 min manat) xüsusi çəkisi 0,7 faiz, ətin (quş əti də daxil olmaqla      224,5 min manat) xüsusi çəkisi 0,3 faiz, ət məhsullarının (17,5 min manat) xüsusi çəkisi   0,02 faiz, qeyri-ərzaq mallarından isə paltarın və alt geyimlərinin (988,6 min manat) xüsusi çəkisi 1,1 faiz, yanacaq (2357,0 min manat) xüsusi çəkisi 2,7 faiz, elektrik məişət cihazlarının (199,3 min manat) xüsusi çəkisi 0,2 faiz, ayaqqabının (32,6 min manat) xüsusi çəkisi        0,04 faiz  pərakəndə satışda daha böyük xüsusi çəkiyə malikdir.

 2018-ci ilin yanvar-mart ayları ərzində Respublika üzrə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində  Mingəçevir şəhərinin ticarət dövriyyəsinin xüsusi çəkisi    1,03 faiz təşkil etmişdir.

Hesabat dövründə şəhərin pərakəndə ticarət dövriyyəsində hüquqi şəxslərin   (4668,8 min manat) xüsusi çəkisi 5,3 faiz, fiziki şəxslərin (82936,7 min manat) payı isə      94,8 faiz təşkil etmişdir.

Şəhərdə ticarət üçün xüsusi olaraq ayrılmış yerlərdə, bazar və yarmarkalarda fiziki şəxslər tərəfindən əhaliyə satılan istehlak mallarının həcmi keçirilən statistik müşahidə əsasında aparılan hesablamaya görə 2018-ci ilin yanvar-mart aylarında 15464,7 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən  faktiki qiymətlərlə 9,6 faiz və ya 1356,6 min manat, müqayisəli qiymətlərlə isə 4,4 faiz və ya 651,8 min manat çoxdur.

Ümumi pərakəndə ticarət dövriyyəsində bazar və yarmarkaların pərakəndə ticarət dövriyyəsinin həcmi hesabat dövründə 15464,7 min manat olmuşdur ki, bu da ümumi əmtəə dövriyyəsinin 17,7 faizidir.

Şəhərdə digər fiziki şəxslər üzrə cəmi pərakəndə ticarət dövriyyəsinin həcmi hesabat dövründə 67472,0 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 2,9 faiz və ya 1893,0 min manat, müqayisəli qiymətlərlə isə 4,4 faiz və ya 2843,6 min manat çoxdur. Ümumi pərakəndə ticarət  dövriyyəsində digər fiziki şəxslərin xüsusi çəkisi 77,0 faizdir.

2018-ci ilin yanvar-mart ayları ərzində şəhər üzrə topdansatışın əmtəə dövriyyəsi faktiki qiymətlərlə 681,5 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1022,6  min manat və ya 60,0 faiz  azdır.

2018-ci ilin yanvar-mart ayları ərzində topdansatışın əmtəə dövriyyəsi yalnız hüquqi şəxslərin hesabına olmuşdur. Hesabat dövründə hüquqi şəxslər üzrə topdansatışın əmtəə dövriyyəsi 681,5 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 60,0 faiz və ya  1022,6 min manat azdır.

2018-ci ilin yanvar-mart aylarında topdansatış əmtəə dövriyyəsi yalnız əsas fəaliyyət növü ticarət olan müəssisələrin hesabına olmuşdur. Hesabat dövrü ərzində olan topdansatışın əmtəə dövriyyəsinin 675,6 min manatı və ya 99,1 faizi  əsas fəaliyyət növü ticarət olan “İri və orta müəssisələr”in, 5,9 min manatı və ya 0,9 faizi isə əsas fəaliyyət növü ticarət olan “Kiçik müəssisələr”in hesabına olmuşdur.

01 aprel 2018-ci il tarixə pərakəndə ticarət şəbəkələrində mal qalığının miqdarı 3776,7 min manat, topdansatış ticarət şəbəkələrində isə mal qalığının miqdarı 1020,0 min manat olmuşdur.

Məqalə Qiyməti