Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların 2018-ci ilin I rübündə kommunal və rabitə xidmətlərindən istifadəsi

: İstehlakçılar tərəfindən istifadə edilmiş kommunal və rabitə xidmətlərinin faktiki ödənilməsi, faizlə
İstehlakçılar tərəfindən istifadə edilmiş kommunal və rabitə xidmətlərinin faktiki ödənilməsi, faizlə

Azərbaycan Respublikası regionlarının iqtisadi inkişafının təmin edilməsinə yönəldilmiş Dövlət Proqramının ölkəmizin həyatında müstəsna əhəmiyyət kəsb etdiyini qeyd edərək, “Aran iqtisadi rayonu”na daхil olan Mingəçevir şəhəri iri sənaye mərkəzlərindən biridir. Buna baхmayaraq şəhərdə respublika büdcəsindən və yerli büdcədən maliyyələşdirilən bir çoх idarə və təşkilatlar da mövcuddur.

2018-ci ilin yanvar-mart ayları ərzində şəhərdə büdcədən maliyyələşdirilən istehlakçılar tərəfindən natura ifadəsində 1915,3 min kVt.saat elektrik enerjisi, 557,9 Q.kalori istilik enerjisi, 291,2 min kub m. təbii qaz, 55,6 min kub m. sudan istifadə edilmişdir ki, bu da 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə natura ifadəsində istifadə edilən elektrik enerjisinin 6,7 faiz azalması, istilik enerjisinin 28,1 faiz, təbii qazın 15,4 faiz, suyun istehlakının 14,2 faiz artması deməkdir. İstehlak edilən 9,9 min manatlıq rabitə xidmətləri əvvəlki illin eyni dövrü ilə müqayisədə 2,3 min manat və ya 18,9 faiz azalmışdır.

Cəmi məsrəflərin ümumi məbləğinin 55,6 faizini elektrik enerjisi, 4,5 faizini istilik enerjisi, 18,8 faizini təbii qaz, 17,9 faizini su və 3,2 faizini rabitə хidmətləri təşkil etmişdir.

2018-ci ilin yanvar-mart ayları ərzində şəhərin büdcə təşkilatları tərəfindən istehlak edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə 0,7 faiz və ya 2,1 min manat artaraq        310,0 min manat təşkil etmişdir.

Büdcə təşkilatları 2018-ci ilin yanvar-mart ayları ərzində istifadə etdikləri bütün ehtiyatların dəyərinin 94,6 faizini və ya 293,4 min manatını ödəmişlər.

Elektrik enerjisinin 23,0 faizi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, 12,2 faizi İcra Hakimiyyəti və icra nümayəndəliklərinin, 31,3 faizi Təhsil Nazirliyinin, 22,3 faizi Səhiyyə Nazirliyinin, 0,1 faizi Dövlət Statistika Komitəsinin,    0,1 faizi Maliyyə Nazirliyinin, 3,6 faizi Аzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, 0,9 faizi Fövqəladə Hallar Nazirliyinin, 0,5 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, 0,5 faizi Gənclər və İdman Nazirliyinin, 5,3 faizi Mədəniyyət və Turizm Nazirliyinin, 0,2 faizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan təşkilatlar tərəfindən istifadə edilmişdir.

İstilik enerjisinin 5,4 faizi İcra Hakimiyyəti və icra nümayəndəliklərinin, 57,4 faizi Təhsil Nazirliyinin, 37,2 faizi Səhiyyə Nazirliyinin tabeliyində olan təşkilatlar tərəfindən istifadə edilmişdir.

Mavi yanacağın 7,49 faizi İcra Hakimiyyəti və icra nümayəndəliklərinin, 37,43 faizi Təhsil Nazirliyinin, 42,51 faizi Səhiyyə Nazirliyinin, 2,68 faizi Аzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, 0,03 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, 0,62 faizi Dövlət Statistika Komitəsinin, 0,55 faizi Maliyyə Nazirliyinin, 1,13 faizi Fövqəladə Hallar Nazirliyinin, 2,72 faizi Gənclər və İdman Nazirliyinin, 4,84 faizi Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan təşkilatlar tərəfindən istifadə edilmişdir.

Sudan Təhsil Nazirliyinin 33,1 faiz, Səhiyyə Nazirliyinin 43,7 faiz, İcra Hakimiyyəti və icra nümayəndəliklərinin 16,4 faiz, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 0,7 faiz, Fövqəladə Hallar Nazirliyinin 0,5 faiz, Mədəniyyət və Turizm Nazirliyinin 5,4 faiz, Аzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan təşkilatlar 0,2 faiz istifadə etmişlər.

Rabitə xidmətlərindən 2,0 faiz Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, 35,5 faiz Təhsil Nazirliyinin, 19,2 faiz Səhiyyə Nazirliyinin, 12,1 faiz İcra Hakimiyyəti və icra nümayəndəliklərinin, 2,0 faiz Dövlət Statistika Komitəsinin, 4,0 faiz Fövqəladə Hallar Nazirliyinin, 3,0 faiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin,       3,0 faiz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, 16,2 faiz Mədəniyyət və Turizm Nazirliyinin, 2,0 faizi Gənclər və İdman Nazirliyinin, 1,0 faiz Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təşkilatlar istifadə etmişlər.

Aşağıdakı diaqramdan göründüyü kimi, 2018-ci ilin yanvar-mart aylarında istehlak edilmiş elektrik enerjisinin 94,4 faizi, istilik enerjisinin 69,1 faizi, təbii qazın 96,7 faizi, suyun 99,8 faizi və rabitə xidmətlərinin dəyərinin 92,9 faizi ödənilmişdir.

Şəhərin büdcə təşkilatlarından, Təhsil Nazirliyinin 99,1 faiz, Səhiyyə Nazirliyinin 92,6 faiz, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 81,2 faiz, Dövlət Statistika Komitəsinin 62,5 faiz,  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin 99,2 faiz, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Maliyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, İcra Hakimiyyəti və icra nümayəndəliklərinin, Mədəniyyət və Turizm Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təşkilatlar istehlak olunmuş ehtiyatların dəyərini tam ödəmişlər.

2018-ci ilin yanvar-mart ayları ərzində 6,5 min manat və ya 3,9 faiz elektrik enerjisindən çox, 1,6 min manat və ya 10,3 faiz istilik enerjisindən, 3,0 min manat və ya 4,9 faiz təbii qazdan, 13,8 min manat və ya 19,9 faiz sudan, 7,2 min manat və ya 42,1 faiz rabitə xidmətlərindən müəyyən edilmiş limitdən az istifadə olunmuşdur.

Məqalə Qiyməti