Mingəçevir Gənclər və İdman İdarəsi Bədən Tərbiyəsi və İdman günü ilə əlaqədar çoxsaylı tədbirlər keçirib

: Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif idman yarışları təşkil edilib
Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif idman yarışları təşkil edilib

Mingəçevir şəhərində 5 mart Bədən Tərbiyəsi və İdman günü münasibətilə Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif idman yarışları təşkil edilib. Ali və orta ixtisas məktəb tələbələri arasında mini-futbol üzrə birincilik, 2005-2006-cı il təvəllüdlü yeniyetmələrin şəhər və rayonlararası futbol turniri, orta ümumtəhsil məktəbləri arasında 4x100 m. estafet və 100 m. məsafəyə sürətli qaçış yarışları keçirilib. Ümumilikdə 500-dən artıq idmançı yarşlarda iştirak edib.

Məqalə Qiyməti