Mingəçevirdə “Şən Startlar”ın qalibləri məlum oldu

: “Şən Startlar” İdman yarışı
“Şən Startlar” İdman yarışı

Xəbər verdiyimiz kimi, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi noyabrın 10-dan 17-dək məktəbəqədər müəssisələrdə 2012-2013-cü il təvəllüdlü uşaqlar arasında “Şən Startlar” İdman yarışı keçirib. Yarış dörd zonada- 1, 10, 16 və 17 saylı uşaq bağçalarında baş tutub. Məqsəd uşaqlarda idmana marağın artırılması, fiziki güc və bacarığın nümayiş etdirilməsi, uşaqlar arasında dostluq əlaqələrini möhkəmləndirilməsi və istedadlı uşaqların aşkar olunması idi.

16-17 noyabrda yarımfinal və final mərhələləri keçirilib. Nəticədə I yerə 10, ikinci yerə 1 və üçüncü yerə 18 saylı baxçaların kollektivləri sahib olublar. Qaliblər Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri ilə mükafatlandırılıb.

Məqalə Qiyməti