“AzNar” komandası “Nar Kuboku”na sahib oldu, çünki” Neftçi”yə 4:2 hesabı ilə qalib gəldi

: “AzNar” QSC tərəfindən əsaslı şəkildə yenidən qurulan Göyçay şəhər stadionunun açılış mərasimi olub
“AzNar” QSC tərəfindən əsaslı şəkildə yenidən qurulan Göyçay şəhər stadionunun açılış mərasimi olub

Mədəniyyət və Turizm Nazirliyinin, Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “AzNar” QSC-nin maliyyə dəstəyi ilə keçirilən XII Nar Festivalı başa çatıb. Festivalın ikinci günü Göyçay şəhər stadionunda “AzNar” və “Neftçi” futbol komandaları arasında “Nar Kuboku” uğrunda yarış keçirilib.

Oyundan öncə “AzNar” QSC tərəfindən əsaslı şəkildə yenidən qurulan Göyçay şəhər stadionunun açılış mərasimi olub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, “AzNar” QSC-nin sahibi, Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov, Milli Məclisin deputatı Sabir Hacıyev iştirak ediblər. Məlumat verilib ki, 1976-cı ildə istifadəyə verilmiş Göyçay şəhər stadionu 40 ildən sonra yenidən əsaslı təmir edilərək futbolçuların istifadəsinə verilib. Ümumi ərazisi 6 hektar olan stadionda 2500 ədəd yeni oturacaq quraşdırılıb, 10 000 kvadratmetr sahəyə asfalt örtüyü döşənib, 220 paqonmetr əraziyə bardürlar düzülüb, 450 kvadratmetr yeni hasar çəkilib, 560 kvadratmert suvaq və 1900 kvadratmetr rəngləmə işləri görülüb, 150 kvadratmetr sahəyə aqlay və üzlük daşları vurulub, 380 kvadratmetr sahəyə yaşıl ot örtüyü salınıb. Stadionun giriş qapıları yeni müasir qapılarla əvəz olunub və monitor quraşdırılıb.

Həmçinin, stadionun ərazisində ilk dəfə olaraq voleybol, basketbol, mini futbol meydançaları inşa edilib. Stadion əsaslı təmirdən sonra “AzNar” futbol komandasının ixtiyarına verilib. Bir il öncə fəaliyyətə başlayan “AzNar” komandası Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının (AFFA) dəstəyi ilə keçirilən Həvəskarlar Liqasındakı ev oyunlarını bu stadionda keçirib. Sonra qonaqlar “AzNar” İdman Klubunun zalında məşq edən yeniyetmə güləşçilər, boksçular və qaydasız döyüşçülərin nümunəvi çıxışlarına baxıblar.

Stadionunn açılış mərasimindən sonra “AzNar” və “Neftçi” komandaları arasında 5 minə yaxın azarkeşin izlədiyi oyuna start verilib. AFFA-nın Hakimlər Komitəsinin təyin etdiyi baş hakim Fərid Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası tərəfindən idarə edilən oyunun ilk dəqiqələrində “AzNar”ın oyunçusu Amil Xeyrullayev topu rəqib komandanın qapısından keçirərək hesabı açıb. Qarşılıqlı hücumlar və gərgin idman mübarizəsi şəraitində keçən oyunun birinci hissəsi 3:1 hesabı ilə “AzNar” komandasının üstünlüyü şəraitində başa çatıb.

Qarşılaşmanın ikinci hissəsində “Neftçi” komandasının futbolçusu Seyidməmməd Talıbov komandasının ikinci topunu “AzNar”ın qapısından keçirirək, hesab fərqini azalda bilib. Oyunun sonuncu dəqiqəsində “AzNar”ın futbolçusu Elgün Xəlilov “Neftçi”nin qapısından özünün ikinci, komandasının dördüncü topunu keçirib. Beləliklə, görüş 4:1 hesabı ilə “AzNar”ın xeyirinə başa çatıb.

İş adamı Fərhad Əhmədov sonda “AzNar”ın oyunçuları ilə görüşərək onları qələbə münasibətilə təbrik edib, komandaya “Nar Kuboku” və 10 min manat pul mükafatı təqdim edib. 

Məqalə Qiyməti