Mingəçevirdə mini-futbol üzrə şəhər kubokuna yekun vurulub

: Mingəçevir Dövlət Universitetinin komandası 7:6 hesabı ilə kuboka sahib çıxıb
Mingəçevir Dövlət Universitetinin komandası 7:6 hesabı ilə kuboka sahib çıxıb

Mingəçevir  Gənclər və İdman İdarəsi 26-30 oktyabr 2017-ci ildə Yaşar Məmmədzadə adına stadionda mini-futbol üzrə şəhər kubok uğrunda yarış keçirib. Yarışda şəhərdə fəaliyyət göstərən universitet və kolleclərin,  idarə və müəssisələrin, mənzil istismar sahələrinin10 komandası iştirak edib. Finalda Qaz İstismar İdarəsinin və Mingəçevir Dövlət Universitetinin komandaları  qarşılaşıblar. Əsas vaxt ərzində nəticə 5:5 olduğu üçün cərimə zərbələri ilə qalibi müəyyən etməli olular. Bu şansdan daha bacarıqla istifadə edən Mingəçevir Dövlət Universitetinin komandası 7:6 hesabı ilə kuboka sahib çıxıb. Qaliblər şəhər Gənclər və İdman İdarəsinin təsis etdiyi kubok və diplomlarla mükafatlandırılıb.

Məqalə Qiyməti