Stolüstü idman oyunları üzrə Mingəçevirdə əlillərin V ümumrespublika zona yarışı keçirilib

: stolüstü idman oyunları üzrə V ümumrespublika yarışlarının Mingəçevir zona turniri
stolüstü idman oyunları üzrə V ümumrespublika yarışlarının Mingəçevir zona turniri

Əmək və Əhalinin Sosial Müdafiəsi və Gənclər və İdman nazirliklərinin yerli şöbələri noyabrın 1-də əlillərin stolüstü idman oyunları üzrə V ümumrespublika yarışlarının Mingəçevir zona turnirini təşkil edib. Nərd, dama, şahmat, stolüstü tenis və armresting (qol güləşi) növləri üzrə yarışa 9 şəhər və rayondan əlil və sağlamlıq imkanı məhdud olan 60 idmançı iştirak edib. Qaliblərə Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin və Əhalinin Sosial Müdafiəsi İdarəsi Mingəçevir şəhər şöbəsinin diplomları təqdim edilib.

Məqalə Qiyməti