Kompüter oyunları üzrə XI Azərbaycan çempionatının zona mərhələsi baş tutdu

: Azərbaycan çempionatının baş hakimi Hüseyn Nəsirli
Azərbaycan çempionatının baş hakimi Hüseyn Nəsirli

Kompüter oyunları üzrə XI Azərbaycan çempionatının zona mərhələsi 16 rayondan olan komandaların iştirakilə avqustun 18-də Mingəçevir Gənclər Evində baş tutub. Azərbaycan çempionatının baş hakimi Hüseyn Nəsirli bildirib ki,  çempionat 11 ildir ki, aparılır: “Zona mərhələsində  1, 2 və 3-cü yerlərin qalibləri respublika çempionatına vəsiqə qazanacaqlar. Azərbaycan çempionu  isə ölkəmizi  Dünya çempionatında  təmsil edəcək. Bu il iki dünya çempionatı olacaq. Biri Koreyada,  digəri isə Kazanda gerçəkləşdiriləcək”.

Kompüter oyunları üzrə Dünya Çempionatları  özündə  48 üzv ölkəni birləşdirən Beynəlxalq Kiber İdman Federasiyasının (IeSF) təşəbbüsü ilə keçirilir.      

Məqalə Qiyməti