Mingəçevirin yubileyi

 
 
 
 
 
 
 
 
 
Rafael Harpas: “Səhiyyə, ticarət, turizm sahələrində Azərbaycanla əməkdaşlığımız olacaq”



İsrailin Azərbaycandakı səfiri Rafael Harpas Mingəçevirə gəlib, şəhər günüylə bağlı bayram mərasimində iştirak edib: “Mən çox şadam ki, Mingəçevirin 66-cı ildönümündə bura gəlmişəm. Şəhərinizdə gedən abadlıq işləri, yeni tikililər, yaşıllıq adamı heyran edir. Hiss olunur ki, 2015-ci il Avropa oyunlarına ciddi hazırlaşırsınız. Biz də böyük komanda ilə bu yarışlarda çıxış edəciyik”.
Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən qəbul edilən səfir görüşdən sonra jurnalistlərə deyib ki, İsraillə Azərbaycanın həmişə xoş münasibətləri olub və əməkdaşlıq davam etdiriləcək: “Səhiyyə, ticarət, turizm sahələrində Azərbaycanla əməkdaşlığımız olacaq”. 

Məqalə Qiyməti