Mingəçevir

 
 
 
 
 
 

Mingəçevir Media Mərkəzində vaxtaşırı tədbirlər keçirilir. Şəhərimizin qonaqları və ictimayyət nümayəndələri dəyirmi masa, seminar və təlimlərdə həvəslə iştirak edirlər.  MMM-də konofestivalların keşirilməsi adi hal alıb.



Mingəçevir — Azərbaycanın əhali sayı etibarı ilə dördüncü böyük şəhəridir. 4 fevral 1954-cü ildə respublika tabeli şəhər kateqoriyasına keçmişdi. Kür çayının sahillərində yerləşir. Mingəçevir şəhəri şərq, cənub və qərb tərəfdən Yevlax rayonu, şimaldan isə Mingəçevir Su anbarı ilə həmsərhəddir.

"Mingəçevir" toponimin necə yaranması barədə müxtəlif ehtimallar mövcuddur. Burada e.ə. I əsrdə məşhur Roma sərkərdəsi Pompey və alban çarı Oris arasında döyüş olmuşdur. Tarixçilərin təsvirinə görə albanlar məhz indiki bəndin ərazisində Pompey qoşunlarını gözləmişlər. Oris ordusunun bir hissəsini ayrı-ayrı manqalara bölüb, ehtiyatda saxlamış və lazım gəldikdə "Manqaça vur" sözləri ilə əmr etmişdir. "Mingəçevir" toponiminin meydana gəlməsində ərəblərin Azərbaycanda olmalarının da müəyyən təsiri olmamış deyil. Elxanilər hərəkatının yatırılması üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Məniçöhrün qızı döyüşlərin birində həlak olur və atası onu yadigar qılıncı və atı ilə birlikdə Kürün sahilində dəfn edir. Ehtimal var ki, "Mingəçevir" sözü Məniçöhrün adı ilə bağlıdır.

Mərhum akademik Ziya Bünyadov "Mingəçevir" adını 839-cu ildəxilafətə qarşı çıxmış Babək üsyanını yatırmaq üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Mingəçevir Əl-Fərqaninin adı ilə bağlayır.

Mingəçevir ərazisi yaşayış məntəqəsi kimi çox-çox qədimdir. 5 min il bundan əvvəl Mingəçevirdə kiçik şəhər kimi qaynar həyat mövcud olmuşdur. Yerli əhali əkinçilik, sənətkarlıq, balıqçılıq, atçılıq və s. sahələrlə məşğul olaraq özlərinin maddi və mənəvi aləmini yaratmışlar. Sonra gələn minilliklərdə, xüsusilə antik dövrdə də ulularımız özlərinin alban tarixi və mədəniyyətini, ədəbiyyatını yaratmışlar. Bu baxımdan Mingəçevirdə tapılan maddi-mədəniyyət qalıqlarından alban yazıları və kitabə (Mingəçevir – Sudağılan epitafiyası) böyük əhəmiyyət daşıyır. Bu ərazidə yaşayış hələ e.ə.III minillikdə mövcud olmuşdur. Arxeoloji qazıntılar sübut edir ki, burda yaşayan insanlar böyük şəhər mədəniyyətinə malik olublar. Tapılan yunanRoma və arşap pulları sübut edir ki, burda ticarət inkişaf edibmiş.

Məqalə Qiyməti