GIZ gender hüququ ilə bağlı müsabiqə elan etdi

: GİZ
GİZ

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ)

“Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı jurnalistlər arasında 

„Gender hüququ: gender balansın stimullaşdırılmasında  medianın rolu“

mövzusunda  çap və elektron məqalələrin müsabiqəsini elan edir.

 Müsabiqə “Gender bərabərliyi” mövzusunun  21-ci əsrin əvvəlləri üçün prioritetlərdən biri olduğunu  nəzərə alaraq keçirilir. Kütləvi İnformasiya Vasitələri isə   cəmiyyətdə Gender bərabərliyin  təmin edilməsini stimullaşdırmaq  üçün ən mühüm elementlərdəndir. Hazırda, qlobal səviyyədə   “Jurnalistlərin Peşə Davranışı Qaydaları”(Etik Kodeks) gender balansın təmin edilməsinə töhvə vermək baxımından  yenilənirlər.

Müsabiqəyə qatılmaq istəyənlər  gender bərabərliyinə təminat verən  yerli qanunlar, beynəlxalq konvensiyalar barədə bilgi verən, gender balans anlayışını izah edən, gender hüquqlarının təmin edilməsi yönündə praktiki durum barədə təsəvvür formalaşdıran, mövcud problemlərə işıq salan,  yeni  təşəbbüsləri əks etdirən araşdırma yazıları hazırlayıb təqdim etməlidirlər. 

 Məqalələrin qiymətləndirilmə meyarları: 

-          Yazıda  gender bərabərliyinə təminat verən  yerli qanunlar  və beynəlxalq konvensiyalar barədə bilgilər yer tutmalı; 

-          Dünya ölkələrində, o cümlədən Azərbaycanda  gender balansın durumuna dair müqayisəli təsvirlər əks olunmalı; 

-          Gender balansın təmin olunacağı təqdirdə dünyada  hansı nailiyyətlərin qazanılacağı barədə təsəvvürlər formalaşdırılmalı; 

-          KİV-in, xüsusən onlayn media quruluşlarının gender bərabərliyinin  təmin edilməsi yönündə verə biləcəyi töhvələr, həmçinin, KİV səhifələrində gender mövzusuna yanaşma barədə praktiki durumu, mövcud problemləri əks etdirən nümunələr yer tutmalıdır. 

-          Yazının peşəkarlıq səviyyəsi (yazının mövzunu mümkün qədər tam əhatə etməsi, sadə dildə   yazılması, ekspertlərdən yararlanmaqla müxtəlif yanaşmaların tarazlaşdırılmış şəkildə təsviri, başlığın orijinallığı). 

Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq. 

Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:

Birinci yer – 700 AZN

İkinci yer –   500  AZN

Üçüncü yer –  400  AZN

Müsabiqənin texniki şərtləri: 

1. Jurnalistlər müsabiqəyə 10 Sentyabr  2018-ci ildən 31 Oktyabr 2018-ci ilədək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir jurnalist birdən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxslər aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdırlar. 

2. Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə  GIZ-in “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının Bakı bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə yerləşdirilmiş məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq tələb olunur. 

3. Müsabiqəyə müraciət üçün tələb olunan sənədlər:

- VÖEN-nin nüsxəsi

 

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” » regional proqramının Bakıdakı bürosunun ünvanı: Gənclər meydanı 1, AZ 1005 Bakı,

Tel.: (99412) 497 15 88, 497 49 62, 497 87 63;

Məqalə Qiyməti