“Mingəçevir işıqları” qəzetinin müxbiri Yeganə Nəbiyeva GİZ-in müsabiqəsində birinci oldu

: GİZ-in  jurnalistlər arasında keçirdiyi növbəti mösabiqənin nəticələri ilə bağlı mükafatlandırma mərasimində
GİZ-in jurnalistlər arasında keçirdiyi növbəti mösabiqənin nəticələri ilə bağlı mükafatlandırma mərasimində

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin  (GİZ) “Mediada müəllif hüquqları: rəqəmsal mediada müəllif hüquqlarını necə qorumalı” movzusunda jurnalistler arasinda keçirdiyi müsabiqənin nəticələri bu gün açıqlanıb.  GİZ-in layihə rəhbəri  Thomas Meyer bildirib ki, mayın 1-dən iyunun 15-dək davam edən  müsabiqəyə 13 araşdırma yazı təqdim edilib, ciddi müzakirədən sonra 4 nəfər qalib elan olunub.

Thomas Meyerin deyib ki, “Mingəçevir işıqları” qəzetinin müxbiri Yeganə Nəbiyevanın  Plaqiatlıq kriminaldan daha çox tərbiyə məsələsidir” adlı məqaləsi ən yüksək nəticə ilə-105 balla birinci mükafata layiq görülüb. Sputnik.az-ın əməkdaşı Romella Təhməzova (“Спасение четвертой власти: как бороться с сopy-paste и массовым плагиатом”)  və mustegil.az-ın əməkdaşı Fərganə Vəkilova (Mediada müəlliflik problemini doğuran səbəblər: Kimdir haqlı?”) 98 balla ikinci,  kaspi.az səhifəsinin əməkdaşı Aygün Əhmədova (“İmzanı satmaq,müəllifin hüququ, ya haqqı?”) isə 97 balla üçüncü mükafatın sahibinə çevriliblər. 

GİZ-in layihə rəhbəri  qaliblərə jurnalist fəaliyyətlərində uğurlar arzulayaraq, sertifikatlarını təqdim edib.

Məqalə Qiyməti