Ordumuzun bayramı toy-büsata çevrildi

: N saylı hərbi hissədə bayram tədbiri
N saylı hərbi hissədə bayram tədbiri

Silahlı Qüvvələr günü münasibəti ilə N saylı hərbi hissədə bayram tədbiri şəhidlərimizin xatirəsini yad etməklə başlayıb. Dövlət himnimiz səsləndirildikdən sonra hərbi hissənin komandiri Hikmət Cərullayev  və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  ordumuzun 100 ildəki şərəfli yoluna nəzər salaraq, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından və inkişafından söz açıblar.

Bildirilib ki,  Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan milli ordu dövlət müstəqilliyinin  bərpasından, xüsusən ulu öndər  Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra yeni inkişaf mərhələsi keçib. Son 25 ildə ordu quruculuğu, silahlı qüvvələrin təkmilləşdirilməsi və onun maddi-texniki bazasının gücləndirilməsi, milli hərbi kadrların hazırlanması daim diqqət mərkəzində olub, bölgənin ən güclü ordusu yaradılıb.

YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov, Qarabağ veteranı Əliağa Bəndalıyev əsgər və zabitlərin, ictimaiyyət nümayəndələrinin və əsgər valideynlərinin toplaşdıqları mərasimə toplaşanlara təbriklərini çatdırıblar. Hərbi xidmətdə fərqlənən bir qrup əsgər və zabitə hədiyyələr təqdim olunub. “Asan”ın könüllüləri isə əsgərlərə məktəblilərin məktublarını çatdırıblar. Yubiley tədbiri Mingəçevir Mədəniyyət işçilərinin konsert proqramı və Uşaq İncəsənət məktəbinin “Banu” rəqs kollektivinin ifaları ilə davam edib.

Məqalə Qiyməti