“ASAN”ın gəncləri biliklərini sınadılar

: “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış
“Nə? Harada? Nə zaman?” formatında intellektual yarış

Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsi və Mingəçevir Regional “ASAN” Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib. 15 iyun "Qurtuluş Günü"nə həsr edilən yarışda Gəncə, Qəbələ və Bərdədəki  “ASAN” xidmət mərkəzlərində fəaliyyət göstərən gənclər də öz biliklərini sınayıblar.

Öncə komandalar hər qrupda 6 komanda olmaqla iki qrupa bölünüblər. Hər seçim turunda 15 sual səsləndirilib. İki mərhələnin sonunda ən yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanıb. Finalda isə Mingəçeviri təmsil edən gənclər digər rəqiblərini üstələyiblər. Belə ki,  “Revolver” komandası daha çox suala düzgün cavab verərək, yarışın qalibi olub. Mingəçevirin digər komandaları (“Demokratlar” və  “Light city”) 2-ci və 3-cü yerləri də bülüşdürüblər.

Gələcəkdə Mingəçevirin ASAN Xidmət və Gənclər Evi arasında daha fərqli mövzularda birgə layihələr həyata keçirmək nəzərdə tutulub.

Məqalə Qiyməti