“15 İyun-Milli Qurtuluş Günü –milli qurtuluşumuzun zəfər yürüşü”

: Mingəçevir Turizm Kollecində Qurtuluş günü
Mingəçevir Turizm Kollecində Qurtuluş günü

15 iyun Milli Qurtuluş Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib. “Ölməz şəxsiyyət simvolu” mövzusunda dəyrimi masa ətrafı müzakirələr aparılıb, inşa, rəsm müsabiqələri təşkil olunub və Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş  kitab sərgisi  keçirilib. Tədbirlər silsiləsinin ən maraqlı anlarından biri də  elmi -nəzəri konfrans öncəsi baş tutan rəsm və əl işləri sərgisinin açılış mərasimi olub. İstedadlı tələbələrin əl işlərindən ibarət sərgidə bir- birindən məzmunlu əsərlər nümayiş olunub. Eyni zamanda  sərgi zalında milli qurtuluş mübarizəsindən bəhs edən video çarx nümayiş edilib.

Daha sonra bayram tədbiri iştirakçıları “15 İyun-Milli Qurtuluş Günü –milli qurtuluşumuzun zəfər yürüşü” adlı elmi nəzəri konfransda bir araya gəlib. İştirakçıları 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə təbrik edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru professor Əyyub Əyyubov ən xoş arzularını paylaşıb. O, Azərbaycan xalqının əsrlərə söykənən milli azadlıq mübarizəsindən, dövlət müstəqilliyinin ən son dönəmlərində yaşanan çətinliklərdən, ən ağır günlərdə xalqına arxa duran Heydər Əliyevin şərəfli ömür yolu və siyasi fəaliyyətindən  ətraflı söhbət açıb.

Bundan sonra  milli qurtuluş mübarizəsinə həsr olunmuş sənədli filmə baxış keçirilib. Ardınca konfransın digər məzmunlu məruzələri dinlənilib. Dini Qurumlarla İş Üzrə  Dövlət Komitəsinin Yevlax Regional şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov, iqtisad elmləri namizədi, dossent İbrahim Əyyubov,  pedaqoqlar Eldar Dərişov, İlqar Məhərrəmov və Aygün Hümbətova “Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin Naxçıvan dönəmi”,  “Xalqının yoluna işıq saçan əbədiyaşar lider”, “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir”,  “1993-cü il iyun ayının 15-i dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib” və “Milli Qurtuluş Azərbaycanın tarixi naliyyətlərini, mövcudluğunu,  müstəqilliyini təmin etdi” adlı  genş  məruzələrlə çıxış ediblər.

Konfrans tələbə özfəaliyyət qrupunun ifasında musiqili bayram proqramı ilə başa çatıb.

Məqalə Qiyməti