“Asan”da YAP-ın ərazi strukturu yaradılıb

: Mingəçevir Regional Asan Xidmət Mərkəzində ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı yığıncaq
Mingəçevir Regional Asan Xidmət Mərkəzində ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı yığıncaq

31 may 2018-ci ildə YAP Mingəçevir şəhər təşkilatı Mingəçevir Regional Asan Xidmət Mərkəzində ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı yığıncaq keçirib. Yığıncaq mərkəzin direktoru Elxan Müsafir oğlu Cəfərovu təşkilatın sədri, VHTS-nun baş məsləhətçisi Nəsimi Nizami oğlu İsmayılovu isə sədrin müavini seçib.

YAP ŞT-nın sədri C.Yusubov yeni ərazi ilk partiya təşkilatının yaradılması münasibəti ilə yığıncaq iştirakçılarını təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Mingəçevir "ASAN Həyat" kompleksi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 13-cü mərkəzidir. Mərkəzdə 175 əməkdaş çalışır, könüllülərin sayı isə 25 nəfərdir. Mərkəzin Mingəçevir şəhərinə, Yevlax və Ağdaş rayonlarında qeydiyyatda olan 337 min 767 vətəndaşa xidmət göstərməsi nəzərdə tutulub. Ölkə başçısı İlham Əliyevin 27 fevral 2018-ci ildə Mingəçevir şəhərinə səfəri çərçivəsində kompleksin açılışında iştirak edib, 12 mart 2018-cidən Mingəçevir Regional Asan Xidmət Mərkəzi fəaliyyətə başlayıb.

Məqalə Qiyməti