İlk mitap təlimi noyabrın 24-də Mingəçevirdə keçiriləcək

Əgər kimdəsə yeni bir alət haqqında fikir, ideya vardırsa-onu mitapa gətirsin. Başqa iştirakçıların köməyi ilə biz onu bir ideyadan konkret plan səviyyəsinə, hətta iş üsuluna qədər inkişaf etdirə bilərik.

 

Mingəçevir Valideynlər Assosiasiyası Çexiya (“Transitions”) və Polşadan (“Linking Media”) olan tərəfdaşları ilə birgə  Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Mingəçevirdə yaşayan QHT, dövlət və KİV nümayəndələrini açıq məlumatlara dair bir günlük  mitap təliminə  dəvət edir. Görüş noyabrın 24-də səhər saat 10-dan axşam 17-dək Mingəçevir Media Mərkəzində keçiriləcək.

 Mitap təlimin daha interaktiv formasıdır. Klassik treninqlərdən fərqli olaraq, mitap hər bir iştirakçının təlimçi ola bilməsini nəzərdə tutur.

Bu necə baş verir?

Biz müəyyən qədər  yeni alətlər haqqında ideyaları və metodları, öz fəaliyyətlərini necə yaxşılaşdırmaq haqqında  təcrübəsi olan, lakin bu alətləri necə və hansı ardıcıllıqla yaratmaq üçün biliyi, vaxtı və resursları olmayan  QHT, dövlət və KİV nümayəndələrini bir yerə toplamaq istəyirik.  Belə alətlərə  yeni  saytların və yaxud mobil əlavələrin yaradılmasını misal göstərmək olar. Onlar  KİV-lərin oxucularla ünsiyyətini  asanlaşdırar, yeni xəbər bloklarının yaradılması üçün informasiya toplamağa imkan verərdi ki, bu da xəbərləri daha operativ izləməyə imkan yaradır.  Məsələn, müxtəlif yaşayış məskənlərində yolların vəziyyətini yaxşı öyrənməklə hər kəs öz səfərini daha yaxşı planlaşdıra bilir. Sizin təşkilatın işinin səmərəliliyini artırmaq üçün düşünülmüş hər hansı bir aləti də  bu qəbildəndir. Əgər kimdəsə belə bir alət haqqında fikir, ideya vardırsa-onu mitapa gətirsin. Başqa iştirakçıların köməyi ilə biz onu bir ideyadan konkret plan səviyyəsinə, hətta iş üsuluna qədər inkişaf etdirə bilərik.

Kimlər iştirak edə  bilər?

-Təşkilatın işini yaxşılaşdıra bilən, açıq məlumatlara və yaxud informasiya texnologiyalara əsaslanan alətlər haqqında müəyyən fikri olan insanlar;

-Fikirlərini konkret iş metodlarına  qədər inkişaf etdirə biləcək insanlara kömək etmək üçün  vaxtının bir gününü  sərf edəcək  proqramçılar və dizaynerlər;

-İdeyalar üzərində komanda işində iştirak etmək istəyən sahibkarlar, dövlət qulluqçuları və sadəcə maraqlanan ictimaiyyət nümayəndələri.

Bu necə olacaq?

Mitapı əlaqələndirici media üzrə mütəxəssis Lyaksey Lyavonçik aparacaq. Tədbir iki hissədən ibarət olacaq:

  1. İdeyaların təqdimatı, auditoriyanın fikrinin öyrənilməsi:  beyin həmləsi harada nəyi yaxşılaşdırmaq olar?
  2. İdeyalar üzərində komanda işi. İştirakçılar komandalara bölünür, komandaların hərəsi üzərində işləmək üçün bir ideyanı götürür. Yaxşı olar ki, hər bir komandada ən azı bir  proqramçı və bir dizayner olsun. Bu elə yerindəcə  bir fikirdən  real bir prototip yaratmağa imkan verərdi.

Mitapın sonunda işlənmiş layihələrin təqdimatı keçiriləcək, qaliblər seçiləcək və onlar  öz ideyalarının sonra inkişaf etdirilməsi  üçün Linking Media mütəxəssisindən kömək alacaqalar. Onlar  sonralar  MVA/LM/Tranzitions təşkilatlarının Avropada sonrakı tədris proqramlarında seçimlərdə iştirak edə biləcəklər

İştirak etmək üçün öz soyadınızı və adınızı, təşkilatınızın adını, əlaqə məlumatlarını, ideyanızın qısa məzmun və  məqsədini, təşkilatınız üçün faydasını və hədəf auditoriyasını göstərməklə bütün məlumatları   “Mitapda iştirak etmək üçün” qeydi ilə [email protected] ünvanına göndərin.

Qeyd: Növbəti mitap təlimləri Azərbaycanın digər bölgələrində təşkil olunacaq. Bunlar barədə əlavə elanlar veriləcək.