MDU-da elmi konfrans təşkil ediləcək

Mingəçevir Dövlət Universiteti şəhər Təhsil şöbəsi ilə birgə 22-23 aprel 2016-cı ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Milli-mədəni irs və onun qloballaşma şəraitində təbliği məsələləri” mövzusunda respublika elmi konfransını təşkil edəcək. Konfrans aprelin 22-də saat 11-də işinə başlayacaq.

Ünvan:

AZ4500, Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 21.

Mingəçevir Dövlət Universiteti