Browsing monthly archive

Oktyabr 2020

Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri var

30 ilə yaxın idi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Bu azmış kimi elə həmin vaxtdan ermənilər yurdumuzun sərhəd bölgələrini dayanmadan atəşə tutmaqla dinc əhalinin rahatlığını pozur, dağıntılar yaradır, vətəndaşları qətlə yetirirdilər. Bununla bağlı dünya dövlətlərinə dəfələrlə bəyanatlar verilib, Minsk qrupunun həmsədr dövlətləri ilə danışıqlar zamanı  məələ qaldırılıb. Lakin onlar dayanmır, işğalçılıq əməllərini genişləndirmək […]

Qubadlı sakini: “Bir günün sevinci ilə yaşamaq 27 ili ört-basdır elədi”

Bu günlərdə Azərbaycan xalqı, eləcə də bütün Türk dünyasının dilində bir mövzu var: Qarabağın erməni işğalından azad edilməsi uğrunda müzəffər ordumuzun apardığı uğurlu əks-hücum əməliyyatı! Hər gün cəbhədən yeni-yeni xoş xəbərlər alındıqca harada yaşamağından asılı olmayaraq, bütün azərbaycanlıların sevinci aşıb-daşır, sanki hər bir insan üçün həyat yenidən başlayır. Hazırda Qubadlı rayonundan Mingəçevir  şəhərində 58 ailə […]

Cəbhədə oktyabrın 27-nə olan son vəziyyət

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Hücum etmək cəhdlərinin […]

İlham Əliyev: “Azərbaycana qarşı sərt münasibət göstərilsə, havada F16-ları görəcəklər”

Azərbaycan Prezident İlham Əliyev bir neçə dəqiqə öncə xalqa müraciət edib. Tarixə nəzər salan ölkə başçısı deyib: “Kürəkçay” müqaviləsini açın oxuyun. O müqavilədə erməni xalqı haqqında heç bir məlumat yox idi. Çünki erməni xalqı yox idi. Onlar məqsədli şəkildə gətirildilər. Prezident sonra deyib: “Yığılmışıq biz  boğaza danışıqlardan. Deyirdilər hərbi həlli yoxdu. Kim deyir bunu? Bəs […]

Mingəçevir Dövlət Universitetində “Rəqəmsal ödənişlərin tətbiqi yeni dövrün tələbidir” mövzusunda nəzəri-praktik seminar keçirilib

2020-ci ilin 23 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Rəqəmsal ödənişlərin tətbiqi yeni dövrün tələbidir” mövzusunda nəzəri-praktiki seminar keçirilib. “Kapital Bank” ASC Mingəçevir filialı ilə birgə “ZOOM” platforması üzərindən online formatda təşkil olunan seminarı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Ali Baş Komandanımızın güclü siyasi iradəsi və böyük qətiyyəti, müzəffər Azərbaycan […]

İlham Əliyev: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib. Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı operativ müşavirədə çıxış edib. Prezident İlham […]

Əsgərə məktub.

Salam əsgər! Bu məktubu sənə Mingəçevir şəhərindən yazıram, balaca şəhərdir, amma başqa şəhərlər kimi o da səs-küylüdür. Yaşayış binalarının hər tərəfini əhatə edən yollarda aramsız şütüyən avtomobillər, məhəllələrdə çığırışan uşaqlar. Son vaxtlar bu səs-küy daha da artıb və bu səslərə, tez-tez səslənən qələbə xəbərlərinə  sevinənlərin və uşaqların -“Qarabağ Azərbaycandır!” şüarları da qarışıb. Lakin bu səs-küydə […]

Koronavirus təhlükəsi ilə əlaqədar Mingəçevirə giriş-çıxış məhdudlaşdırılıb

Koronavirus pandemiyasının yayılmasına qarşı görülən tədbirlər çərçivəsində  Mingəçevir şəhərinin hər iki giriş və çıxışı polis əməkdaşları tərəfindən tam nəzarətə götürülüb. Postlara yaxınlaşan sürücülərin qeydiyyatda olduqları ünvan müəyyən edildikdən sonra onlara giriş-çıxışın mümkün olub-olmadığı izah edilir. Gün ərzində digər bölgələrdən Mingəçevirə gələn nəqliyyat vasitələri geri qaytarılıb. Həmin maşınların sürücülər qadağa ilə bağlı məlumatlarının olmamasını bildiriblər.

İlham Əliyev: “Biz özümüzü müdafiə edirik və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini işğaldan azad edirik”

Prezident İlham Əliyev bugün Twiter hesabında aşağıdakıları post edib: 1) BMT-nin Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Biz özümüzü müdafiə edirik və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini işğaldan azad edirik. 2) ATƏT-in Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq bitərəf qalmalı və tərəf tutmamalıdırlar. Həmsədrlər Ermənistanı inandırmalıdırlar ki, təcavüzə son qoysun, atəşkəsə sadiq olsun […]