Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ağdaşda Beynəlxalq Könüllülər Günü yadda qalan oldu

Aktiv gənclər hədiyyə və sertifikatlarla təltif olundular. Tədbir proqramı əyləncə hissəsi ilə başa çatdı

301

Beynəlxalq Könüllülər Günü Ağdaşda yadda qalan olub. Əvvəlcə  gənclərə təbrik ünvanlanıb, onların etdikləri işin nə qədər faydalı olmasıdan danışılıb.  Eləcə də ölkəmizdə gənclər sahəsinin inkişafında  könüllülərin vacib rolu vurğulanıb, 44 günlük Vətən müharibəsi zamanı könüllü döyüşən və şəhid olan gənclərin xatirəsi bir daha yad olunub.

Daha sonra nümayəndəliyin aktiv gəncləri hədiyyə və sertifikatlarla təltif olunublar. Tədbir proqramı əyləncə hissəsi ilə başa çatıb.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyinin keçirdiyi tədbirdə  rayon Gənclər və İdman İdarəsinin və  Heydər Əliyev Mərkəzinin əməkdaşları və könüllü gəncləri iştirak ediblər.

Şərhlər bağlıdır.