Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Açıq havada da maskalardan istifadə etmək məcburi oldu

285

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb. Bununla bağlı Nazirlər Kabineti bu gün qərar verib. Qərara əsasən hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin, fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının, səhiyyə və sosial xidmət müəssisələrinin,   kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatının, fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin, apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin, kütləvi informasiya vasitələrinin fəaliyyəti, mühafizə və dezinfeksiya xidmətləri istisna olmaqla, digər sahələrin fəalyyətləri 2020-ci il 21 – 23 noyabr, 28 – 30 noyabr, 5 – 7 dekabr, 12 – 14 dekabr, 19 – 21dekabr və 26 -28 dekabr tarixlərində dayandırılır.

Eyni zamanda noyabrın 21-dən etibarən açıq havadakı ictimai yerlərdə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi hesab edilib.

Mövcud tələblərin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olacaq.

 

Şərhlər bağlıdır.