Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“4 il qabaq ətrafımızda çox az adam və kiçik bir otağımız var idi”

262

İyulun 23-də Mingəçevirdə fəaliyyət göstərən gənclər təşkilatlarının fəalları media nümayəndələri ilə görüşüblər. KİV təmsilçilərini salamlayan Gənclər və İdman İdarəsinin rəsii Kamal Nəcəfli Gənclər Evinin dəhlizindəki fotolara diqqəti yönəldərək, qısa müddət ərzində mingəçevirlilərin həyata keçirdikləri layihələrdən danışıb.
Dəyirmi masa arxasında davam edən görüşdə Gİİ rəisi burada 7 dərnək və 10 klubun fəaliyyət göstərdiyini, gənclərdə peşəyönümü vərdişlərinin aşılanması istiqamətində davamlı tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.
GTM-in yerli koordinatoru Tural Kərimov 2010-cu ildən Mingəçevir gənclərinin təşkilatlanmağa başlandığını vurğulayıb: “4 il qabaq ətrafımızda çox az adam və kiçik bir otağımız var idi. Biz qarşımıza məqsəd qoyduq və ona nail olduq”.
“Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, “El” televiziyasının əməkdaşı İnqilab Şirinbəyli, MTV-nin müxbiri Ehtiram Muradlı, “Azərbaycan bələdiyyəsi”, “Zaman-Azərbaycan” və “Mingəçevir” qəzetlərinin əməkdaşları İxtiyar Şirinli, Esmira Hidayətova və İlahə İsmayılova media və gənclər təşkilatlarının əməkdaşlığı ilə bağlı məsələlərə toxunublar. Həmin KİV-lərə gənclər təşkilatları adından diplomlar, bir qrup jurnalistə isə fəxri fərmanlar verilib.
Tədbir iştirakçıları çay süfrəsi ətrafında müzakirələri davam etdiriblər.

Şərhlər bağlıdır.