Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Kim deyir ki, bacarmazsan? Bacararsan?” layihəsi uğurla yekunlaşıb

188

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə
Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Kim deyir ki, bacarmazsan?
Bacararsan?” layihəsi uğurla yekunlaşıb.
Layihənin əsas məqsədi gənclərə karyera addımlarını düzgün atmaqda kömək etmək və
onları psixoloji olaraq hazırlamaq olub.
Layihə müddətində gənclər 5 fərqli təlimlərdə iştirak ediblər.

“Karyera=Sən”, “Mən necə özüm olum?”, “Şəxsi Brendinq101, “İçindəki sosial aktiv gənci oyat!” və “Xarici dilotu yemək” təlimləri gənclərin bilik və bacarıqlarını artırmaqla yanaşı onlarda özgüvən hissi yaradaraq karyera inkişaflarına dəstək amalını daşıyıb.

Qeyd edək ki, təlimlər zamanı fərqlənən gənclər hədiyyə ilə mükafatlandırılıb.

Şərhlər bağlıdır.