Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“25 yaşlı kədər”

164

Mingəçevirdəki şəhid Noel Ahəngəri adına 13 saylı tam orta məktəb “25 yaşlı kədər” adlı ədəbi-bədii kompozisiya hazırlayıb. 20 yanvar hadisələri ilə bağlı təşkil olunan tədbirə şəhidin həyat yoldaşı, məktəbin müəllim və şagird kollektivi qatılıb. Şagirdlər şair İsmayıl İmanzadənin “20 yanvar etüdləri” poeması əsasında hazırladıqları kompozisiyanı təqdim ediblər. Məktəbin direktoru Tünzalə Əfəndiyeva deyib ki, 20 yanvar xalqımıızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir: ”Azərbaycan xalqı bu günü heç vaxt unutmayacaq. Biz məktəbdə belə tədbirləri təşkil edirik ki, bu tarix nəsildən nəsilə addasın. Azərbaycan xalqı azadlıq uğrunda canını qurban edən şəhidlərimizin və cəsur vətən övladlarımızın xatirəsinə çox böyük hörmət və ehtiram göstərir”.
Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxunub, ehsan süfrəsi verilib.

Şərhlər bağlıdır.