Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2024-cü ilin yanvar-sentyabr ayları ərzində nəqliyyat və anbar təsərrüfatının əsas göstəriciləri

Şəhərin nəqliyyat müəssisə və təşkilatları tərəfindən göstərilmiş xidmətlər

Şəhərdə hava və su nəqliyyatı olmadığından əsasən avtomobil nəqliyyatından istifadə olunur.

Nəqliyyat müəssisə və təşkilatlarında (fiziki şəxslər də daxil edilməklə) 2024-cü ilin yanvar-sentyabr aylarında göstərilmiş xidmətlərin və istehsal edilmiş malların faktiki qiymətlərlə ümumi həcmi 11316,9 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,6 faiz az olmuşdur. 2024-cü ilin yanvar-sentyabr aylarında göstərilmiş xidmətlərin və istehsal edilmiş malların faktiki qiymətlərlə ümumi həcminin 11106,3 min manatı və ya 98,1 faizi nəqliyyat müəssisə və təşkilatlarının (fiziki şəxslər də daxil edilməklə) əsas fəaliyyətindən yaranmışdır.

2024-cü ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı vasitələri ilə fiziki şəxslər də daxil olmaqla 513,0 min ton yük daşınmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38,0 min ton və ya 8,0 faiz çox olmuşdur. 2024-cü ilin yanvar-sentyabr aylarında avtomobillərin yük dövriyyəsi 66194,9 min ton-km olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16364,9 min ton-km və ya 32,8 faiz çox olmuşdur.

2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında daşınmış sərnişinlərin sayı 2030,0 min nəfər və ya 9,3 faiz artaraq 23853,0 min nəfər olmuşdur. Sərnişin dövriyyəsi isə 2024-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20652,7 min sərnişin-km və ya 9,3 faiz artaraq 243714,8 min sərnişin-km təşkil etmişdir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.