Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2024-cü ilin 9 ayında Mingəçevir şəhərində tikinti sahəsinin göstəriciləri

Tikinti

2024-cü ilin yanvar-sentyabr aylarında 186 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25 ev və ya 15,5 faiz çox olmuşdur. 2024-cü ilin yanvar-sentyabr aylarında istifadəyə verilmiş fərdi evlərin ümumi sahəsi 20549,9 kv. metr, yaşayış sahəsi isə 11675,3 kv. metr olmuşdur. 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq fərdi evlərin ümumi sahəsi 16,1 faiz və ya 2854,9 kv. metr, yaşayış sahəsi isə 26,2 faiz və ya 2423,8 kv. metr çox olmuşdur. 2024-cü ilin yanvar-sentyabr aylarında istifadəyə verilmiş yaşayış evlərinin dəyəri 12535,4 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2850,4 min manat və ya 29,4 faiz çox olmuşdur.

2023-cü ilin yanvar-sentyabr aylarında və 2024-cü ilin yanvar-sentyabr aylarında əhalinin şəxsi vəsaiti hesabına tikilib istifadəyə verilmiş fərdi yaşayış evlərinin göstəriciləri qrafikdə xarakterizə olunur.

2024-cü ilin yanvar-sentyabr aylarında əsas kapitala 58501,1 min manat investisiya yönəldilmişdir ki, bu da 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 62,4 faiz çox olmuşdur.

2024-cü ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş investisiyalardan tikinti-quraşdırma işlərinə 51526,2 min manat investisiya qoyulmuşdur ki, bu da 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 48,9 faiz çox olmuşdur.

2024-cü ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən podratçı təşkilatlar və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş işlərin dəyəri 11932,7 min manat olmuşdur ki, bu da 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9136,9 min manat və ya 43,4 faiz az olmuşdur.

2024-cü ilin yanvar-sentyabr aylarında yerinə yetirilmiş tikinti işlərinin 17,4 faizi və ya 2075,5 min manatı dövlət mülkiyyətində, 82,6 faizi və ya 9857,2 min manatı isə qeyri-dövlət mülkiyyətində olan təşkilatlar və fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. 2024-cü ilin yanvar-sentyabr aylarında yerinə yetirilmiş ümumi tikinti işlərinin 4746,5 min manatı və ya 39,8 faizi tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilməsi, 2806,7 min manatı və ya 23,5 faizi əsaslı təmir işləri, 4035,9 min manatı və ya 33,8 faizi cari təmir işləri, 343,6 min manatı və ya 2,9 faizi isə sair işlərdir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.