Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2017-ci ilin yanvar-dekabr aylarında ticarət müəssisələrinin fəaliyyəti

249

Bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar olaraq son illər müxtəlif növ qeyri–dövlət ticarət şəbəkələri yaranmışdır. İstehlak mallarının böyük əksəriyyəti fiziki şəxslər tərəfindən satılır. İstehlak bazarının vəziyyəti haqqında daha dolğun və düzgün məlumat almaq məqsədi ilə ildə 4 dəfə olmaqla bazar və yarmarkalarda statistik müayinələr aparılır.

Pərakəndə əmtəə dövriyyəsi – əmtəələrin tədavül sferasından şəxsi istehlak sferasına hərəkətinin son mərhələsini, əmtəələrin əhaliyə satışını əks etdirir.

İstehlak bazarı – əmtəələrin mütəşəkkil və qeyri mütəşəkkil sektorlarla satışı ilə formalaşır.

Mütəşəkkil sektor – əmtəələrin rəsmi qeydiyyatdan keçmiş hüquqi şəxslər tərəfindən pərakəndə şəbəkə və topdansatış müəssisələri vasitəsi ilə satışını əks etdirir.

01 yanvar 2018-ci il vəziyyətinə  şəhərdə ticarət fəaliyyəti ilə məşğul olan 24 – dövlət obyekti, 1 – İstehsal İstehlak Kooperativi, 175 – firma, məhdud məsuliyyətli cəmiyyət, kiçik müəssisə və 11 saylı Ərazi Vergilər Departamentinin məlumatına əsasən 3478 nəfər isə hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər qeydiyyatdan keçmişdir.

2018-ci ilin 01 yanvar vəziyyətinə şəhərdə 4 ədəd bazar və yarmarka fəaliyyət göstərmişdir ki, onlarda da ticarət yerlərinin sayı 1307 vahiddir.

2017-ci ilin yanvar-dekabr ayları ərzində şəhərin istehlak bazarında əhaliyə  333117,4 min manatlıq istehlak malları satılmışdır. Cəmi pərakəndə ticarət dövriyyəsinin  48,7 faizini və ya 162359,7 min manatını ərzaq malları, 51,3 faizini və ya 170757,7 min manatını isə qeyri- ərzaq malları təşkil etmişdir.

2017-ci ilin yanvar-dekabr ayları ərzində şəhər üzrə pərakəndə ticarət dövriyyəsi faktiki qiymətlərlə 333117,4 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 46217,2  min manat və ya 16,1 faiz  çoxdur.

2017-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət dövriyyəsi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 16,1 faiz və ya 46217,2 min manat, müqayisəli qiymətlərlə isə 14,0 faiz və ya 40909,2 min manat çox olmuşdur. Hesabat dövründə hüquqi şəxslər üzrə pərakəndə ticarət dövriyyəsi 13964,9 min manat olmuşdur ki, bu da keçən ilə nisbətən faktiki qiymətlərlə 97,8 faiz və ya 6904,9 min manat, müqayisəli qiymətlərlə isə 14,0 faiz və ya 1715,0 min manat çox olmuşdur. Dövlət mülkiyyəti olan müəssisələr üzrə pərakəndə ticarət dövriyyəsi isə 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 51,7 min manat və ya 30,3 faiz az, müqayisəli qiymətlərlə isə 14,6 min manat və ya 14,0 faiz çox olmuşdur.

“İri və orta müəssisələr” üzrə hesabat dövründə cəmi  pərakəndə ticarət dövriyyəsi 12162,4 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 6437,7 min manat və ya 2,1 dəfə, müqayisəli qiymətlərlə isə 1493,6 min manat və ya 14,0 faiz çox deməkdir.

Hesabat dövründə “İri və orta müəssisələr” üzrə dövlət mülkiyyəti olan müəssisələrdə pərakəndə ticarət dövriyyəsinin həcmi 49,9 min manat olmuşdur ki, bu da ötən illə müqayisədə faktiki qiymətlərlə 14,2 min manat və ya 22,2 faiz az, müqayisəli qiymətlərdə isə 6,1 min manat və ya 13,9 faiz çox olmuşdur.

Əsas fəaliyyət növü ticarət olan “İri və orta müəssisələr” üzrə  pərakəndə ticarət  dövriyyəsinin həcmi 11588,4 min manat olmuşdur ki, bu da keçən il ilə müqayisədə faktiki qiymətlərlə 5927,8 min manat və ya 2,0 dəfə, müqayisəli qiymətlərlə isə 1423,1 min manat və ya 14,0 faiz çox olmuşdur.

Hesabat dövründə əsas fəaliyyət növü ticarət olan “İri və orta müəssisələr”in  dövlət mülkiyyəti olan müəssisələr üzrə pərakəndə ticarət dövriyyəsi olmamışdır.

Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “İri və orta müəssisələr”i üzrə cəmi pərakəndə ticarət dövriyyəsi 574,0 min manat olmuşdur ki, bu da keçən ilə nisbətən faktiki qiymətlərlə 509,9 min manat və ya 9,0 dəfə, müqayisəli qiymətlərlə isə 14,0 faiz və ya 70,5 min manat çoxdur.

Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “İri və orta müəssisələr”i üzrə cəmi pərakəndə ticarət dövriyyəsi dövlət mülkiyyətli müəssisələr üzrə  49,9 min manat olmuşdur ki, bu da keçən ilə nisbətən faktiki qiymətlərlə 14,2 min manat və ya 22,2 faiz  az, müqayisəli qiymətlərlə isə 13,9 faiz və ya 6,1 min manat çoxdur.

“Kiçik müəssisələr” üzrə hesabat dövründə cəmi pərakəndə ticarət dövriyyəsi 1802,5 min manat olmuşdur ki, bu da keçən ilə nisbətən faktiki qiymətlərlə 34,6 faiz və ya 463,2 min manat, müqayisəli qiymətlərlə isə 14,0 faiz və ya 221,4 min manat çox deməkdir.

O cümlədən “Kiçik müəssisələr” üzrə dövlət mülkiyyəti olan müəssisələrdə  pərakəndə ticarət dövriyyəsinin həcmi 68,9 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 37,5 min manat və ya 35,2 faiz  az, müqayisəli qiymətlərdə isə 8,5 min manat və ya 14,1 faiz  çoxdur.

Əsas fəaliyyət növü ticarət olan “Kiçik müəssisələr” üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi hesabat dövründə 1449,9 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 334,3 min manat və ya 30,0 faiz, müqayisəli qiymətlərlə isə 14,0 faiz və ya 178,1 min manat çox olmuşdur.

O cümlədən əsas fəaliyyət növü ticarət olan “Kiçik müəssisələr” üzrə dövlət mülkiyyəti olan müəssisələrdə pərakəndə ticarət dövriyyəsinin həcmi 68,9 min manat olmuşdur ki, bu da hesabat dövründə faktiki qiymətlərlə 2016-cı ilin müvafiq dövründən    37,5 min manat və ya 35,2 faiz az, müqayisəli qiymətlərlə isə 8,5 min manat və ya 14,1 faiz çoxdur.

Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “Kiçik müəssisələr”i üzrə cəmi pərakəndə ticarət dövriyyəsi 2017-ci ilin yanvar-dekabr aylarında 352,6 min manat olmuşdur ki, bu da keçən ilin faktiki qiymətlərlə 128,9 min manat və ya 57,6 faiz, müqayisəli qiymətlərlə isə 14,0 faiz və ya 43,3 min manat çox olmuşdur. Hesabat dövründə digər sahələrin “Kiçik müəssisələr”i üzrə dövlət mülkiyyəti olan müəssisələrdə pərakəndə ticarət dövriyyəsi olmamışdır.

Hesabat dövründə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində “Hüquqi şəxslərin” xüsusi çəkisi 4,2 faiz, əvvəlki ilin müvafiq dövründə isə 2,5 faiz təşkil etmişdir. Ümumi əmtəə dövriyyəsinin həcmində “Hüquqi şəxslərin” xüsusi çəkisi müqayisəli qiymətlərlə isə 4,2 faiz olmuşdur.

2017-ci ilin yanvar-dekabr aylarında fiziki şəxslər üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi cəmi 319152,5 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövründəkindən faktiki qiymətlərlə 39316,3 min manat və ya 14,0 faiz, müqayisəli qiymətlərlə isə 39194,2 min manat və ya 14,0 faiz çoxdur. Fiziki şəxslər üzrə pərakəndə ticarət dövriyyəsinin 18,4 faizi və ya 58681,2 min manatı bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin hesabına, 81,6 faizi və ya 260471,3 min manatı isə digər fiziki şəxslərin hesabına olmuşdur.

2017-ci ilin yanvar-dekabr aylarında şəhər üzrə cəmi ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 162359,7 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 18,7 faiz və ya 25585,0 min manat, müqayisəli qiymətlərlə isə 16,4 faiz və ya 22875,4  min manat çoxdur.

Hesabat dövründə şəhər üzrə qeyri-ərzaq mallarının pərakəndə ticarət  dövriyyəsi isə 170757,7 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 20632,2 min manat və ya 13,7 faiz, müqayisəli qiymətlərlə isə 17749,0 min manat və ya  11,6 faiz çoxdur.

Hesabat dövrü ərzində hüquqi şəxslər üzrə cəmi ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 2877,9 min manat olmuşdur ki, bu da keçən ilə nisbətən faktiki qiymətlərlə        13,0 dəfə və ya 2655,7 min manat, müqayisəli qiymətlərlə isə  16,4 faiz və ya 405,5 min manat çoxdur.

Qeyri-ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi hüquqi şəxslər üzrə 2017-ci ilin yanvar-dekabr aylarında 11087,0 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 62,0 faiz  və ya 4245,2 min manat, müqayisəli qiymətlərlə isə  11,6 faiz  və ya 1152,4 min manat çox deməkdir.

Hesabat dövrü ərzində hüquqi şəxslərin dövlət mülkiyyəti olan müəssisələr üzrə  ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi olmamışdır.

Qeyri-ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi hüquqi şəxslərin dövlət mülkiyyətli müəssisələri üzrə 118,8 min manat olmuşdur ki, bu da əvvəlki ilə nisbətən  faktiki qiymətlərlə 51,7 min manat və ya 30,3 faiz az, müqayisəli qiymətlərlə isə 12,3 min manat və ya 11,5 faiz çoxdur.

2017-ci ilin yanvar-dekabr ayları ərzində hüquqi şəxslərin “İri və orta müəssisələr”i üzrə  ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 2548,7 min manat olmuşdur.

Hesabat dövrü ərzində hüquqi şəxslərin “İri və orta müəssisələr”i üzrə cəmi qeyri-ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 9613,7 min manat olmuşdur ki, bu da keçən ilə nisbətən faktiki qiymətlərlə 3889,0 min manat və ya 67,9 faiz, müqayisəli qiymətlərlə isə 999,3 min manat və ya 11,6 faiz çoxdur.

“İri və orta müəssisələr”in dövlət mülkiyyətli müəssisələri üzrə 2017-ci ilin yanvar-dekabr ayları ərzində ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi olmamışdır.

2017-ci ilin yanvar-dekabr aylarında “İri və orta müəssisələr”in dövlət mülkiyyətli müəssisələri üzrə qeyri-ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 49,9 min manat təşkil etmişdir ki, bu da ötən illə müqayisədə faktiki qiymətlərlə 14,2 min manat və ya 22,2 faiz az, müqayisəli qiymətlərlə isə 5,2 min manat və ya 11,6 faiz çox olmuşdur.

2017-ci ilin yanvar-dekabr aylarında əsas fəaliyyət növü ticarət olan “İri və orta müəssisələr” üzrə ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 2123,9 min manat olmuşdur.

Hesabat dövründə əsas fəaliyyət növü ticarət olan “İri və orta müəssisələr” üzrə cəmi qeyri-ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi isə 9464,5 min manat olmuşdur ki, bu da keçən il ilə müqayisədə faktiki qiymətlərlə 3803,9 min manat və ya 67,2 faiz, müqayisəli qiymətlərlə isə 983,8 min manat və ya 11,6 faiz çoxdur.

O cümlədən əsas fəaliyyət növü ticarət olan “İri və orta müəssisələr”in dövlət mülkiyyəti olan müəssisələri üzrə pərakəndə ticarət dövriyyəsi olmamışdır.

Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “İri və orta müəssisələr”i üzrə ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 424,8 min manat olmuşdur.

Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “İri və orta müəssisələr”i üzrə 2017-ci ilin yanvar-dekabr ayları ərzində qeyri-ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 149,2 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 85,1 min manat və ya 2,3 dəfə, müqayisəli qiymətlərlə isə  15,5 min manat və ya 11,6 faiz çox olmuşdur.

O cümlədən digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “İri və orta müəssisələr”in dövlət mülkiyyətli müəssisələri üzrə ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi olmamış, qeyri-ərzaq malları üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi isə     49,9 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 14,2 min manat və ya 22,2 faiz az, müqayisəli qiymətlərlə isə 5,2 min manat və ya 11,6 faiz çox olmuşdur.

2017-ci ilin yanvar-dekabr ayları ərzində “Kiçik müəssisələr” üzrə cəmi ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 329,2 min manat olmuşdur ki, bu da əvvəlki ilə nisbətən faktiki qiymətlərlə 107,0 min manat və ya 48,2 faiz, müqayisəli qiymətlərlə isə     46,4 min manat və ya 16,4 faiz çox deməkdir. Qeyri-ərzaq mallarının pərakəndə ticarət  dövriyyəsi isə 1473,3 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 356,2 min manat və ya 31,9 faiz, müqayisəli qiymətlərlə isə 153,1 min manat və ya 11,6 faiz çoxdur.

“Kiçik müəssisələr”in dövlət mülkiyyəti olan müəssisələri üzrə hesabat dövrü ərzində ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi olmamışdır. Qeyri-ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi isə hesabat dövründə 68,9 min manat olmuşdur ki, bu da ötən ilə nisbətən faktiki qiymətlərlə 37,5 min manat və ya 35,2 faiz az, müqayisəli qiymətlərlə isə 7,2 min manat və ya 11,7 faiz çoxdur.

Hesabat dövründə əsas fəaliyyət növü ticarət olan “Kiçik müəssisələr”də ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 6,9 min manat olmuşdur. Qeyri-ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi isə 2017-ci ilin yanvar-dekabr aylarında 1443,0 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 327,4 min manat və ya 29,3 faiz, müqayisəli qiymətlərlə isə 150,0 min manat və ya 11,6 faiz çox olmuşdur.

Əsas fəaliyyət növü ticarət olan “Kiçik müəssisələr”in dövlət mülkiyyətli müəssisələri üzrə 2017-ci ilin yanvar-dekabr ayları ərzində ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi olmamışdır. Qeyri-ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi isə 68,9 min manat olmuşdur ki, bu da 2016-cı il ilin müvafiq dövrünə müqayisədə faktiki qiymətlərlə 37,5 min manat və ya 35,2 faiz az, müqayisəli qiymətlərlə isə 7,2 min manat və ya 11,7 faiz çox olmuşdur.

Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “Kiçik müəssisələr”i üzrə hesabat dövründə cəmi ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 322,3 min manat olmuşdur ki, bu da 2016-cı  ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 100,1 min manat və ya 45,0 faiz, müqayisəli qiymətlərlə isə 45,4 min manat və ya 16,4 faiz çox olmuşdur.

Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “Kiçik müəssisələr”i üzrə qeyri-ərzaq mallarının hesabat dövründə  pərakəndə ticarət dövriyyəsi  30,3 min manat olmuşdur.

Hesabat dövründə digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “Kiçik müəssisələr”inin  dövlət mülkiyyətli müəssisələri üzrə pərakəndə ticarət dövriyyəsi olmamışdır.

Cədvəldən göründüyü kimi 2017-ci ilin yanvar-dekabr ayları ərzində fiziki şəxslər üzrə cəmi ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 159481,8 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 16,8 faiz və ya 22929,3 min manat, müqayisəli qiymətlərlə isə 16,4 faiz  və ya 22469,9 min manat çoxdur.

Fiziki şəxslər üzrə hesabat dövründə qeyri-ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi isə 159670,7 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 16387,0 min manat və ya 11,4 faiz, müqayisəli qiymətlərlə isə 16596,6 min manat və ya 11,6 faiz çoxdur.

2017-ci ilin yanvar-dekabr ayları ərzində bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslər üzrə cəmi ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 55471,2 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 41,3 faiz və ya 39078,3 min manat az, müqayisəli qiymətlərlə isə 16,4 faiz  və ya 7815,5 min manat çoxdur.

2017-ci ilin yanvar-dekabr ayları ərzində bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslər üzrə cəmi qeyri-ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi isə 3210,0 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 96,1 faiz və ya 79301,7 min manat az, müqayisəli qiymətlərlə isə 11,6 faiz  və ya 333,7 min manat çoxdur.

2017-ci ilin yanvar-dekabr ayları ərzində digər fiziki şəxslər üzrə cəmi ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 104010,6 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 2,5 dəfə və ya 62007,6 min manat, müqayisəli qiymətlərlə isə 16,4 faiz  və ya 14654,4 min manat çoxdur.

2017-ci ilin yanvar-dekabr ayları ərzində digər fiziki şəxslər üzrə cəmi qeyri-ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi isə 156460,7 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 2,6 dəfə və ya 95689,3 min manat, müqayisəli qiymətlərlə isə 11,6 faiz  və ya 16262,9 min manat çoxdur.

2017-ci ilin yanvar-dekabr ayları ərzində şəhər üzrə cəmi ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 162359,7 min manat olmuşdur ki, bu da ümumi pərakəndə ticarət dövriyyəsinin 48,7 faizini təşkil edir. Qeyri-ərzaq mallarının həcmi isə 170757,7 min manat olmuşdur ki, bu da ümumi əmtəə dövriyyəsinin 51,3 faizini təşkil edir.

Pərakəndə ticarətin ümumi əmtəə dövriyyəsinin həcmində ərzaq mallarından; meyvələrin, tərəvəzin, kartofun, yarma və paxlalılar, süd məhsulları, ət məhsulları və çörək-bulka məmulatları, qeyri-ərzaq mallarından isə yanacaq, paltarların və alt geyimlərinin, elektrik məişət cihazlarının pərakəndə satışı daha böyük xüsusi çəkiyə malikdir.

Şəhər üzrə 2017-ci ilin yanvar-dekabr ayları ərzində ümumi pərakəndə ticarət dövriyyəsində müvafiq olaraq ərzaq mallarının xüsusi çəkisi 48,7 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə 51,3 faiz olmuşdur. Ümumi əmtəə dövriyyəsinin həcmində meyvələrin (21122,4 min manat) xüsusi çəkisi 6,3 faiz, kartofun (6404,8 min manat) xüsusi çəkisi         1,9 faiz, tərəvəzin (19135,0 min manat) xüsusi çəkisi 5,7 faiz, yarma və paxlalıların      (1006,4 min manat) xüsusi çəkisi 0,3 faiz, süd məhsullarının (2542,6 min manat) xüsusi çəkisi 0,8 faiz, çörək-bulka məmulatlarının (1987,9 min manat) xüsusi çəkisi 0,6 faiz, ət məhsullarının (696,8 min manat) xüsusi çəkisi 0,2 faiz, qeyri-ərzaq mallarından isə paltarın və alt geyimlərinin (2415,9 min manat) xüsusi çəkisi 0,7 faiz, yanacaq (9112,4 min manat) xüsusi çəkisi 2,7 faiz, elektrik məişət cihazlarının (525,6 min manat) xüsusi çəkisi 0,2 faiz  pərakəndə satışda daha böyük xüsusi çəkiyə malikdir.

2017-ci ilin yanvar-dekabr ayları ərzində Respublika üzrə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində  Mingəçevir şəhərinin ticarət dövriyyəsinin xüsusi çəkisi      0,9 faiz təşkil etmişdir.

Hesabat dövründə şəhərin pərakəndə ticarət dövriyyəsində hüquqi şəxslərin (13964,9 min manat) xüsusi çəkisi 4,2 faiz, fiziki şəxslərin (319152,5 min manat) payı isə  95,8 faiz təşkil etmişdir.

Şəhərdə ticarət üçün xüsusi olaraq ayrılmış yerlərdə, bazar və yarmarkalarda fiziki şəxslər tərəfindən əhaliyə satılan istehlak mallarının həcmi keçirilən statistik müşahidə əsasında aparılan hesablamaya görə 2017-ci ilin yanvar-dekabr aylarında 58681,2 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən  faktiki qiymətlərlə 66,9 faiz və ya 118380,6 min manat az, müqayisəli qiymətlərlə isə 14,0 faiz və ya 7206,5 min manat çoxdur.

Ümumi pərakəndə ticarət dövriyyəsində bazar və yarmarkaların pərakəndə ticarət dövriyyəsinin həcmi hesabat dövründə 58681,2 min manat olmuşdur ki, bu da ümumi əmtəə dövriyyəsinin 17,6 faizi deməkdir.

Şəhərdə digər fiziki şəxslər üzrə cəmi pərakəndə ticarət dövriyyəsinin həcmi hesabat dövründə 260471,3 min manat olmuşdur ki, bu da 2016-cı il ilin müvafiq dövrünə müqayisədə faktiki qiymətlərlə  2,5 dəfə və ya 157696,9 min manat, müqayisəli qiymətlərlə isə 14,0 faiz və ya 31987,7 min manat çoxdur. Ümumi pərakəndə ticarət  dövriyyəsində digər fiziki şəxslərin xüsusi çəkisi 78,2 faizdir.

2017-ci ilin yanvar-dekabr ayları ərzində topdansatışın əmtəə dövriyyəsi yalnız hüquqi şəxslərin hesabına olmuşdur. Hesabat dövründə hüquqi şəxslər üzrə topdansatışın əmtəə dövriyyəsi 4867,1 min manat olmuşdur ki, bu da keçən ilə nisbətən faktiki qiymətlərlə 6,8 faiz və ya  310,7 min manat çoxdur.

2017-ci ilin yanvar-dekabr aylarında topdansatış əmtəə dövriyyəsi yalnız əsas fəaliyyət növü ticarət olan müəssisələrin hesabına olmuşdur. Hesabat dövrü ərzində olan topdansatışın əmtəə dövriyyəsinin 3088,9 min manatı və ya 63,5 faizi  əsas fəaliyyət növü ticarət olan “İri və orta müəssisələr”in, 1778,2 min manatı və ya 36,5 faizi isə əsas fəaliyyət növü ticarət olan “Kiçik müəssisələr”in hesabına olmuşdur.

01 yanvar 2018-ci il tarixə pərakəndə ticarət şəbəkələrində mal qalığının miqdarı 3103,6 min manat, topdansatış ticarət şəbəkələrində isə mal qalığının miqdarı 1124,6 min manat olmuşdur.

Şərhlər bağlıdır.