MDU əməkdaşları İşveç Kral Texnologiya Universitetindən sertifikatla döndülər

: Kral Texnologiya Universitetində təlim
Kral Texnologiya Universitetində təlim

Avqustun 25-dən 31-dək İsveçin Kral Texnologiya Universitetində Bakı Biznes Universitetinin koordinatoru olduğu Avropa Komissisyasının Erasmus+ proqramı çərçivəsində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” layihəsinin növbəti təlimləri baş tutub.

Təlimlərdə Mingəçevir Dövlət Universitetini Beynəlxalq əlaqələr sektorunun rəhbəri Samirə Əhmədova və Sənayenin təşkili və idarəetmə kafedrasının müəllimi Kamal Əhmədov təmsil ediblər. Təlimlər zamanı isveçli mütəxəsislər keyfiyyətin təminatı ilə bağlı öz təcrübələrini bölüşüb və bu təcrübənin Azərbaycan Universitetlərində tətbiqi ilə bağlı tövsiyələr veriblər.

Sonda təlim iştirakçılarına Kral Texnologiya Universitetinin Sertifikatları təqdim olunub.

Layihənin məqsədi Azərbaycanın ali təhsil müəssisələrində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir. Bununla əlaqədar təlimlər, yerli və xarici səfərlər təşkil olunur. Sonda universitetlərdə keyfiyyətin daha mükəmməl idarəetmə sistemlərinin qurulması məqsədilə onlayın platforma yaradılacaq.   

Təlimlərdə Böyük Britaniya, İspaniya, İsveç, Litva və Azərbaycanın 11 universiteti üzrə nümayəndələr və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfdaş qismində iştirak ediblər.

Məqalə Qiyməti