Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Avropa İttifaqı ilə münasibətlərimiz necə olacaq?

298

Azərbaycan liderləri dövlətin Avropa İttifaqı ilə əməkdaşlıq və Avropaya inteqrasiya kursunu tutduğunu bəyan edirlər. 2009-cu ildən etibarən Avropa İttifaqı ilə Azərbaycan “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. Avropa İttifaqının altı qonşu ölkəsi – Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan bu proqramda birləşir. Bundan daha əvvəl, 1999-cu ildə Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq haqda saziş imzalamışdı.

“Şərq tərəfdaşlığı”nın məqsədi iştirakçı ölkələ-rin Avropa iqtisadiyyatına daha intensiv inteqrasiyası və həyatlarının digər aspektlərinin Avropa yaşamına yaxınlaşdırmaqdır. Gürüstan, Moldova və Ukrayna artıq strukturla çərçivə sazişi bağlayıb və bu, onlara Avropa İttifaqı ölkələri ilə vizasız rejimə imkan verib. Azərbaycan da belə bir saziş bağlamalıydı. 2016-cı il iyulun 6-da müvafiq sə-nədlər də imzalanmış, 2017-ci ilin fevralında ikitərəfli danışıqlar başlanmışdı. Amma bunun üstündən 2 il də keçib və Şərq Tərəfdaşlığı Proqramının 10 illiyində də Azərbaycanla Avropa Birliyi arasında gözlənilən imzalanma reallaşmayıb.

Əslində Şərq Tərəfdaşlığı Proqramının 10 illiyində Gürcüstanın və Ukraynanın gözləntiləri özünü doğrultmayıb. Azərbaycan isə onların  təcrübəsini görərək, əməkdaşlığa tələsmir.  Son ana qədər ölkəmizin Aİ ilə müqavilə imzalayacağı gözlənilsə də hələ ki, bu özünü doğrultmur. Azərbaycan EaP yekun sənədinə veto da qoyub. Bəs bundan sonra ŞTP-nin gələcəyi, Azərbaycan ilə Aİ arasında münasibətlər necə olacaq?

Hələ ki, bu sual cavabsız qalır.

Şərhlər bağlıdır.